Taleyimdir ilham almaq,Söhbət açıb, qələm çalmaqBizim dünya gözəlindən;Şərbət içdim öz əlindənBizim yurdun - ana yurdun Şair!Sənmi oxuyurdunDünən bizə hicran dərdi?..Yeni tarix nə göstərdi?Aç gözünü, yaxşı bir bax!Bu mən, bu sətı gəl yarışaqEllər bizə "gəlin!" deyir;Doğma sənət, doğma şeirGöstərəcək ölkəmiziQoy tanısın dünya bizi!Mən aşiqəm gözəlliyə,Muradıma yetəm deyəDolaşıram bu torpağı;Hər budağın bir yarpağıHər çiçəyin bir adı var,İnsan adlı ustadı varGözəlliyin bu dünyada.Gah havada, gah dəryadaMən sürürəm öz gəmimi,Tapıb könül həmdəmimi,Durub onunla üz-üzə,Dənizlərdə üzə-üzə,Nə yorulur, nə doyuram,Sahillərə üz qoyuram.Lənkəran da sahildədir;Gördüyümü deyim bir-birBu torpağın öz dilində:Bizim Xəzər sahilindəUzanmış bir gözəl şəhər,Yaşıl çalır səhər-səhər.Hər qapıda kiçik bir bağ,Evcikləri boydan alçaq,Fəqət sadə, fəqət təmiz;Yorulmayır gözlərimizOrtüyü ağ pəncərədən;Çox sevirəm doğrusu mən,Bu naxışlı örtüləri.Səhərlərin şehli təriAynalardan töküləndə,Ağlayıram baxıb mən dəBu yerlərə sevincimdən;Bir səs gəlir öz içimdən:Yelkənin dəyməsin daşa,Sən də yaşa, sən də yaşa!Ətirlidir burda bağlar,Güzgü kimi yolları var.Xəyallara dalan çinar,Sıx kölgələr salan çinarDüşündürür burda məni.Xəyalırnın ağ yelkəniUzaqlara qanad çalırGah ucalır, gah alçalır,Qara qışdan dərs alalıMən də şair tək olalı.Qoca çinar, qoca çinar!Kötüyündə nə sirlər var...Gah Turandan, gah İrandanGah o yandan, gah bu yandanOrdu çəkib gələnlərinBir "dost" kimi gülənlərinÜstünə sən kölgə saldın,Sonra yazıq günə qaldın.Külək vurdu çinarlığı ...Əsib coşan rus çarlığıÜzərinə ordu çəkdi,O, başında bostan əkdi...Bu gün belə durur səndə,"Sara" adlı cəzirəndəGeneralın məzar daşı,O qatilin kinli başıOynamışdı at belində.Əyri qilınc sağ əlindəDurub kəsdi budaqları...Bu çölləri, bu dağlarıQapladı * bir nalə səsi,Qanlı çarın təntənəsi.Sevincindən göyə qalxdı,Bizə "tatar" deyib baxdı.Biz öldürdük generalı,Taptaladıq o medalı...İndi onun məzar daşıAya qarşı, günə qarşıEndirmişdir dik başını...Fahişələr oynaşını.Bu yollardan ötüb keçən,O günlərdən bir az içən,Yad eləyir tüpürərək,Yoxdur ona yanan ürək!Qoca çinar, qoca çinar,Kötüyündə nə sirlər var!Deyirlər ki, çox qəhrəmanAsılmışdır budağından...Biz onların varisiyiz,Yaşadırız onları biz.Qoca çinar, qoca çinar,Kötüyündə nə sirlər var!Ölmədin sən! Yaşadın sən!Bir ölkənin şahidisən.Yaşamışsan burda nələr!Qanlı-qanlı faciələr...Könlüm ötən köklü bir saz,Nə yazım ki, biliyim az...Arif istər məni qansın,Tarixçilər qoy utansın!Yazılmamış tariximiz,Tarixsizmi yarandıq biz?Bəzən olur yazıq şairKeçmiş günə, bizə dairArxivləri axtararaq,Yığın-yığın, qalaq-qalaqKitablara göz gəzdirir,Alır, baxır, seçir bir-bir.Bir parası əfsanədir.Baş çıxmayır bunlar nədir?Bir parası xatirələr...Deyil bunlar elmi əsər.Sən də, dostum, anla bir az!Elmi ucuz tutmaq olmaz!O insandır, təbiətdir,Şübhəsiz bir həqiqətdır.Arif gərək məni qansın,Tarixçilər qoy utansın!Yazılmamış tariximizTarixsizmi yarandıq biz?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов