Şair, nə tez qocaldın sən
Nemətsə də gözəl şeir,Şair olan qəm də yeyir,Ömrü keçir bu adətlə,Uğurlu bir səadətlə.Görən məni nədir deyir:Saçlarına düşən bu dən?Şair, nə tez qocaldın sən?
Dünən mənə öz əlindəGül gətirən bir gəlin dəGözlərində min bir sualHeykəl kimi dayandı lal…O bəxtəvər gözəlin dəMən oxudum gözlərindən:Şair, nə tez qocaldın səni?
Ovçuluğa meyil saldım,Gecə-gündüz çöldə qaldım,Dağ başından enib düzəBir ox kimi süzə-süzəNeçə ceyran nişan aldım;Cavab gəldi güllələrdən:Şair, nə tez qocaldın sən!?
Bəzən uca, bəzən asta,Ötür sazım min sim üstə.Andı yalan, eşqi yalan,Dostluğu da rüşvət olan,Ürək yıxan bir iblis dəÜzəvari deyir hərdən:Şair, nə tez qocaldın sən!?
Saç ağardı, ancaq ürəkAlovludur əvvəlki tək.Saç ağardı, ancaq nə qəm!Əlimdədir hələ qələm…Bilirəm ki, deməyəcəkBir sevgilim, bir də Vətən:Şair, nə tez qocaldın sən!?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-sair-ne-tez-qocaldin-sen-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üç min il keçəcək dönəcək zamanBatacaq yaslara xain Əhrimən,
Füzulinin dərdiSən ey sevdalı sənətkar,Səsində min şikayət var.
Döyür pəncərəmi qışın rüzgarıDöyür pəncərəmi qışın ruzgarıVaxtsız ölümmüdür üstümə gələn?
Ruhumda ruhunun parçası vardırRuhumda ruhunun parçası vardır,Təşəkkür yetirək təbiətə biz.
Стихи других поэтов
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
قوام السلطنه به پیشکار داخلی خود میرزا قاسم خان گویدیک دو روزست دگر دست به کاری نزنی