ز خوبان جز جگرخواری نیایدز بدعهدان وفاداری نیاید

ز ایام و ز هرک ایام پروردبه نسبت جز جفاکاری نیاید

ز خوبان هرکه را بیش آزمائیازو جز زشت کرداری نیاید

ز نیکان گر بدی جوئی توان یافتز بد گر نیکی انگاری نیاید

ز می سرکه توان کردن ولیکنز سرکه می طمع داری نیاید

دلا یاری مجوی از یار بدعهدکزان خون‌خواره غم‌خواری نیاید

پری را ماند آن بی‌شرم اگرنهز مردم مردم‌آزاری نیاید

به ناله یار خاقانی شو ای دلکه از یاران تو را یاری نیاید

چه سود از ناله کاندر چشم بختتز نفخ صور بیداری نیاید

تو یاری از حریفان تا نجوئیکز ایشان خود بجز ماری نیاید

Qan içməkdən başqa bir şey cananlardan gözləmə,
Vəfasızdan vəfadarlıq heç bir zaman gözləmə!
Bu zamandan, bu zamanın yetirdiyi kəslərdən,
Cəfakarlıq gözlə, amma, dərdə dərman gözləmə!
Vərəmlədin keçirdikcə gözəlləri sınaqdan,
Bu dünyada bir xoş əməl sən onlardan gözləmə!
Yaxşılardan yamanlığın mümkündür baş verməsi,
Yamanlardan yaxşılıqsa olmaz, inan, gözləmə!
Meydən əgər sirkə almaq hər bir zaman mümkünsə,
Sirkədən mey almağa heç olmaz imkan, gözləmə!
Gəl, vəfasız yardan, könül, istəmə bir köməklik,
Qan içəndən sən özünə qayğı bir an gözləmə!
O həyasız çinə bənzər, əgər insan olsaydı,
O vaxt adam inciməzdi, bunu ondan gözləmə!
Sən, ey könül, öz nalənlə Xaqaniyə kömək ol,
Sənə qəmxar olmaqlığı bu dostlardan gözləmə!

Bu nalə də faydasızdır, Çünki, gözü baxtının,
Açılmaz heç həşrə kimi, yoxdur güman, gözləmə!

Sən yarlardan kömək umma, onlar yar yox, mardırlar.
Yeri gəldi, sancacaqlar, heç bir aman gözləmə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви