شب من دام خورشید است گوئی زلف یار است اینشب است این یا غلط کردم که عید روزگار است این

اگر ناف بهشت از شب تهی ماند آن نمی‌دانممرا در ناف شب دانم بهشتی آشکار است این

سرشک من به رقص افتاد بر نطع زر از شادیچو جانم در سماع آمد که یارب وصل یار است این

قرارم شد ز هفت اندام گوهر هفت ناکردهز هفتم پرده رخ بنمود گوئی نوبهار است این

چو من در پایش افتادم چو خلخال زرش گفتاکه چون خلخال ما هم‌ زرد و هم نالان و زار است این

بخستم نیم دینارش به گاز از بی‌خودی یعنیکه گر جم را نگین است آن نگینش را نگار است این

ز بس از زخم دندانم برآمد آبله‌ش بر لبرقیبش گفت پندارم لب تبخاله‌دار است این

لبش زنهار می‌کرد از لبم گفتم معاذ اللهقصاص خون همی خواهم چه جای زینهار است این

حلی چون آفتاب و حلّه چون صبح از بر افکندهگرفتم در برش گفتم که ماهم در کنار است این

رقیب آمد که بیرونش کنم مژگان بر ابرو زدکه این مایه ندانی تو که ما را یار غار است این

جهان را یادگاری نیست به ز اشعار خاقانیبه فر خسرو عادل نکوتر یادگار است این

Gecəm xurşidə tor oldu, məger zülfi-nigardır bu?
Bu adi bir gecə, yoxsa ki, eydi-ruzigardır bu?

Deyirlər ki, behişt içrə gecə olmaz, nədən bilmək?
Gecəm bir cənnətə dönmüş, mənimçün aşikardır bu.

Fərəhdən axdı göz yaşım saralmış çöhrəmə, çünki,
Canım şadlıqla səsləndi ki, ya rəbb, vəsli yardır bu?

Görüb ol dilbərin hüsnün, qərarım getdi bir anda,
Dedim ki, yeddi örtükdən çıxan bir nobahardır bu.

Qızıl xalxalıtək düşdüm ayağına, dedi dilbər:
Üzün xalxalımın rəngindədir, nə ahü zardır bu?

İtirdim başımı, bir diş götürdüm gül dodağından,
Üzük qaşında Cəmşidin, - dedim, - nəqşi-nigardır bu?
Ləbində busədən bir yer qalarkan söylədi əğyar:
Məriz olmuş, hərarətdən ləbində bir qabardır bu.
Gileyləndi dodağımdan dodağı, söylədim: - Canan!
Qana qan almışam səndən, nə yersiz ahü zardır bu?
Günəş kimi soyunduqda, səhərtək pərdə atdıqda,
Alıb ağuşə bir aytək, dedim: - Nə gül üzardır bu?
Rəqibim istədi məndən ayırsın yarı, cananım,
Dedi: - Əl çək, nə etsə, bil ki, sahib-ixtiyardır bu.

Bu gün Xaqani şerindən dəyərli yadigar yoxdur,
Ədalətli şaha məndən gözəl bir yadigardır bu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви