Şah iki cəhanın əfzəlidir,Allahın əli anın əlidir,Ol söz ki, zəmanə heykəlidir,Allahü Məhəmmədü Əlidir.

Olmağ diləsin işin mülayim,Olgil Əlinin işinə qayim,Kim, əhli-həqin dilində dayimAllahü Məhəmmədü Əlidir.

Ol sirri-vilayətü kəramət,Sahibhünərü düri-vilayət,Həqqi sevənə qılan himayətAllahü Məhəmmədü Əlidir.

Gər dilər isən olasan adəm,Xəlq içrə sözün ola mükərrəm,Yad et ki, duayi-ismi-ə’zəm:Allahü Məhəmmədü Əlidir.

Övqati-cəmadü virdi-heyvan,Bər ruyi-zəminü çərxi-eyvan,Təsbihi-mələk, duayi-insanAllahü Məhəmmədü Əlidir.

Səhradə zəbani-hər giyahi,Dəryadə həmişə zikri-mahi,Hacət diləyəndə, ya ilahi,Allahü Məhəmmədü Əlidir.

Murü məgəsü tüyurü zənbur,Hüşyarü divanə, məstü məxmur,Hər şamü səhər dilində məzkurAllahü Məhəmmədü Əlidir.

Əsrari-məqami-qabi-qövseyn,Gözlərdə rəvaqi-qürrətül-eyn,Dillər diləgi, muradi-kövneynAllahü Məhəmmədü Əlidir.

Hər şey ki, yaratdı dər du aləm,Adəm dəmidin be dövri-xatəmZikrində həmin səbahü əxşəmAllahü Məhəmmədü Əlidir.

İqbali-üməm, kəmali-taət,Ənvari-hüda, çiraği-dövlət,Miftahi-kəlid, babi-cənnətAllahü Məhəmmədü Əlidir.

Yazıldı vəlilər adı üstə,Həm zülfiqarın poladı üstə,Cəbrili-əmin qanadı üstəAllahü Məhəmmədü Əlidir.

Mö’mində nihadi-əsli-iman,Həm dəf’i-bəlayi-şərri-şeytan,

Həqdən səbəbi-nüzuli-fürqanAllahü Məhəmmədü Əlidir.

Qalxani-qəza-zəmani-möhlət,Tiği-kərəmü kəmani-nüsrət,Ümmidi-cəhan, şəfii-ümmətAllahü Məhəmmədü Əlidir.

Həm mö’təkifin könüldə fikri,Həm sufilərin dilində şükri,Həm qazilərin qəzadə zikriAllahü Məhəmmədü Əlidir.

Mö’minlərə yarü ğəmgüsari,Üsyan qışının gözəl bəhari,Ərşin dirəgi, yerin qərariAllahü Məhəmmədü Əlidir.

Başlarda hümayi-taci-dövlət,Mərvanə bəla, Yəzidə lə’nət,Həm qazilərin qolunda qüvvətAllahü Məhəmmədü Əlidir.

Fəxrü şərəfü nüfusi-əyyam,Zikrü həvəsi-xəvasü ə’vam,Nəqşi-ələmi-dəvazdəh imamAllahü Məhəmmədü Əlidir.

Mətlubi-ibadətü şəriət,Məzmuni-iradətü təriqət,Məqsudi-həqaiqü həqiqətAllahü Məhəmmədü Əlidir.

Musayə mədəd qılan əsanı,Həm Xızra həyati-cavidanı,İsa dəmi, Nuh kəştibanıAllahü Məhəmmədü Əlidir.

Yəqubi ğəm ilən ağladan zar,Yusifə verən cəmali-rüxsar,Həm odu qılan Xəlilə gülzarAllahü Məhəmmədü Əlidir.

Qəmxari-əmanü hövli-məhşər,Əllər dutuban siratə rəhbər,Mizanda ağır, behiştə yavərAllahü Məhəmmədü Əlidir.

Şəh qullarının ümidgahı,Dünya bilə üqba padşahı,Biçarə Xətayinin pənahıAllahü Məhəmmədü Əlidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви