Övsafi-əimmeyi-məfaxir,Ümmət olarunla boldu faxir.Ol nur ki, adı Mustafadır,Kövneyi ümidi Murtuzadır.Bəs nuri-həsən livayi-ədyanKani-kərəmü dili-rizadır.Fəxri-şühəda Hüseyni-məqtul,Məzbuhü şəhidi-Kərbəladır.Bəs zini-zəmanə Abidin şahDər cəm’i-əimmə müqtədadır.Baqir sifət ol imam MəhəmmədKim, doğru imamü pişvadır.Bəs Cə’fəri-sadiq, ol dili-sidqBa fəzlü ülum mühtədadır.Bəs Musa gəlür, sifatı Kazim,Nuri-kərəmü dəmi-xudadır.Bəs Musiyi-ben riza ki, dər dinSafi dilü şəm’i-əsfiyadır.Bəs gənc Təqi Məhəmməd, ol kim,Dər mülki-əimmə müttəqadır.

Bəs kani-Təqi Əliyi-NəqiMəcmuyi-cəhanə rəhnümadır.Bəs şah Həsən, sifatı Əskər,Ədyanü miləldə padşahdır.Bəs xətmi-zəman Məhəmmədi-dinKim, Mehdiyi-mülki-ənbiyadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные