Yarı gördüm bu gün xəndan oturmuş,Yanağı tazə gül reyhan oturmuş.

Yüzünə qarşı ğönçə güldügiçün,Səhər ağzına çalmış qan oturmuş.

Səninlə hüsn içində bəhs edənlər,Necə peşman olub, heyran oturmuş.

Sənin sibi-zənəxdanına, ey dust,Nə həddim var desəm, dəndan oturmuş.

Dodağın çevrəsində qoşa xallar,İki zəngi ona dərban oturmuş.

Sənin Leyli cəmalın görmək üçün,Yolunda Məcnuni-heyran oturmuş.

Макта — последний бейт с тахаллусом поэта. Xətaiyə nəzər qıl çeşmin ilən,Qapunda sübhi-şam giryan oturmuş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов