Dost yolunda cəfa çəkdim, can üzdüm,Yetişmədim bir məkanə, ay mədəd!Sərasər əndamım mum tək əridi.Eşq atəşi düşüb cana, ay mədəd!

Muradımız şükufəsi bitmədi,Bəlalı sərimdən sövda getmədi,Yetər oldu ömür başə, yetmədiƏlim zülfi-pərişanə, ay mədəd!

Qalmışam göz yolda, könül intizar,Qəm tutub yaxamı hər yana dartar,Mən bilmənəm necə bağlanıb yollarBir gələn yox bu viranə, ay mədəd!

Ayrı düşmək vətənindən yamandı,Diyari-qürbətdə öldüm, amandı!İtirmişəm yarı xeyli zamandı,Axtarıram yanə-yanə, ay mədəd!

Bir kimsənin yoxdu məndən xəbəriO qaşları yayı sevəndən bəri,Şikəstə Zakirəm, ahım əsəriOd salıbdı asimanə, ay mədəd!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви