Fələk, səndə nə adətdirAyırmaq yarı yarından,Məgər həzər etməzmisən,Aşiqin ahü zarından?

Giriftari-kəmənd oldum,Günbəgün dərdmənd oldum,Boynuma keçdi, bənd oldum,Bir muy zulfi-tarından.

Hər kimsə ki, aşiq ola,Mənim kimi həsrət ölə,Bir əlin qoyun çölə, –Tanısınlar məzarından.

Rəhi-eşqində öldüm mən,Gəlib görsə edər şivən;Götürün, Allahı sevən,Nəşim rəhgüzarından.

Qalmayıb şövkətü şanı,Dəxi ol sən gören hanı,Sevdi bir qönçədəhanı,Zakir yox oldu varından.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви