Günəş rüxsarına töküb zülflərin,Yalvarıram, yapışıram yüz olmaz.Heç bilməzəm mənim bəxti-siyahımNə şami-tirədir ki, gündüz olmaz.

Aralıqda bədxah olmasa əgər,Sevgi sevgisindən olmaz mükəddər;Nə qədər ki, rəqib sağdır, o dilbər,Bilirəm ki, bizim ilə düz olmaz.

Bir qul sultanına etsə xəyanət,Yaşınır görəndə, çəkir xəcalət,Gün səri-kuyinə düşər, nəhayət,Dayanıb bir saat üzbəüz olmaz.

Siyah zülfün dal gərdəndə bir qulac,Sona çıqqası tək ucları qıyqac,Belə türə, belə geysu, belə saç,Belə işvə, belə qaşü göz olmaz.

Ayağına düşüb sərvi-qamətin,Gərdəni minanın, boyu afətin,Dedim: Zakir ilə varmı ülfətin?Dedi: gözəllərdə doğru söz olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви