Anamın gileyi
Ay oğul, evə gələndə bir imkan tap, bizlə də söhbət elə. İçərigirən kimi çəkilirsən otağına. Bu qədər yazmaqdan, oxumaqdan,telefonla danışmaqdan nə tapmısan?
Səninlə az danışıb, az dinirəm, ay ana,Sən bunu məndən ötrü günah sayma, savab say.Öz-özümlə o qədər dərdləşib danışmışam,Ömrümü əyləncə yox, başdan-başa əzab say.
Sinəm güllə hədəfi, könlüm dərdlər önündə,Ömrüm çətin sınaqlar, ağır şərtlər önündə.Hələ ki, dayanmışam bu namərdlər önündə,Odda yanan bağrımı köz üstündə kabab say.
Ağrılar eşir məni kotan kimi, xış kimi,Dərd dondurur buz kimi, qəm üşüdür qış kimi.Suallar başım üstə hey yağır yağış kimi,Hər an keçən vaxtımı bir suala cavab say.
Məni qəmli görəndə gözü dolanlar da var,Məndən ötrü gül kimi açıb solanlar da var.Qanımı içmək üçün hazır olanlar da varGöz yaşımı mürəkkəb, al-qanımı şərab say.
Şeiri mən yazmıram ki, eşqin şahı yazdırır,Sözün öz tanrısı var, öz Allahı yazdırır.Yazılan hər kitabı eşqin ahı yazdırır,Hər günümü bir varaq, hər ilimi kitab say.
Gecə-gündüz qovrulur ürək yağın içində,Can möhnətin, göz yaşın, sinə dağın içində.
Elə bilmə gəzirəm kef-damağın içində,Mənə verilən ömrü ən böyük iztirab say.
Əyləşib dincəlməyə taxtımmı var, ay ana?Əylənməyə, söhbətə vaxtımmı var, ay ana?Vaxt sarıdan qismətim, baxtımmı var, ay ana?Vaxtı gəzib tapmağı ən müşkül bir hesab say.Səninlə qoy sözlərim, şeirlərim danışsın,Qəlbimin hər telini bir könüllü rübab say!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-anamin-gileyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Osmanlı-rus savaşı bütün şiddətiylə davam edirdi. Krıməldən getmiş, sərhədlərimizə hücumlar artmışdı.
Dəyişilən adların taleyiDilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, ordael-obanın cəlladına, cəlladbaşıya çevrilən, bir gecənin içində
Bağçasaray fəryadıBağçasaray sarayı var,xanı yox,
Daşlar danışırdı BağçasaraydaBoşuna qoyulmur divara daşlar,Boşuna ucalmır məğrur qalalar.
Стихи других поэтов
Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
Böyük çilləOnun ömrü qırx gündür,Payızın davamıdır.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.