Arzu
Bir də gəzəm Savalan ətəklərində,Yusif ola, Səfər ola, Süleyman ola!Aşdığımız bələnlərin rəngi yamyaşıl,Üzdüyümüz lalələrin bağrı qan ola!
Bir də minəm Səreyndə köhlən atları,İldırımdan iti gedən yel qanadları.Könül aça Hüseynin zarafatları,Hər keçən gün ömrümüzdən bir nişan ola!
Zəmilərə, sünbüllərə qarışam, itəm,Çəmənlərdə çiçəklərlə göyərəm, bitəm.Hay deyəndə dostlarımın hayına yetəm,Allah verə, bəxt gətirə, bir imkan ola!
Saf duyğular işıq sala qəlbə, ağıla,Başımızdan çən çəkilə, duman dağıla.Həsrət sözü, nifrət sözü dönə nağıla,Bizi bizdən ayıranlar pərişan ola!
Körpə sevinc əl-qol ata, bələkdən çıxa,Ürəyimiz yasdan çıxa, göynəkdən çıxa.Telli sazlar qoşalaşa, köynəkdən çıxa,Təbriz ola, Çingiz ola, Zəlimxan ola!
Təbriz, 1992, iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-arzu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Mənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?