Təbrizdən ayrılanda
Ayrılıq anları gəldi, yetişdi,Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan!Çox qala bilməzsən bu şəhərdə sən,Göz yaşın olsa da göl, ay Zəlimxan!
Mən kimə yalvarım, kimə diz çöküm,Sərhədi nə qədər dağıdım, söküm?Başıma haranın daşını töküm,Nə qədər bağlanar yol, ay Zəlimxan?!
Hicran sinən üstə çökər qış kimi,Göynədər qəlbini buz baxış kimi.Yaman qaralmısan, yağ, yağış kimi,Qara bulud kimi dol, ay Zəlimxan!
Qoyur sapandına, daş kimi atır,Tale insanları talayır, çatır.Elə bil dünyanın bir yanı batır,Əldən üzüləndə əl, ay Zəlimxan!
Sevinc yanımızdan sallanıb ötər,Yandıq Füzulidən, Sabirdən betər.Min ildən sonra da hamıya yetər,Boldu həsrətimiz, bol, ay Zəlimxan!
Vaxt çatır, zamanın səbri daralır,Gedənin gözündə dünya qaralır.
Ayrılıq gələndə solur, saralır,Çəmən, ay Zəlimxan, çöl, ay Zəlimxan!
Yenə gözündə yaş, qəlbində kədər,Gəlişin hədərmiş, gedişin hədər.Sənin ki dərdin var bir Təbriz qədər,Niyə yaşayırsan öl, ay Zəlimxan!
Təbriz, 1992, iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tebrizden-ayrilanda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zəng çalındı. Dəstəyi götürdüm. Min illərin arxa -*sından gələn qədim bir səs eşitdim. Səs onun səsi idi.*
Haqq adamıÖmrümün-günümün çoxu yollarda, səfərlərdə, məclislərdə,*maraqlı şəxsiyyətlərlə ünsiyyətdə keçib. Yaddaşa yazılan, ürəyə*
Günlərin ağsaqqalı“Ən əziz, ən şirin, ən acı günlər”*şeirinin müəllifi Cabir Novruza*
Üzrxahlıq“Space” televiziya kanalında “Günaydın” səhər verilişində*çıxış edirdim. Vəfa adlı bir jurnalist xanımın “Zəlimxan*
Стихи других поэтов · О разлуке
Səhər bülbülləri nə fəğan eylər,Düşərsə güzarı çəməndən ayrı.
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
Qəribik, şairim, qəribik, sözümŞairlər qəribdi bu yerüzündəKüçədə, bayırda, evdə, eşikdə,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur