Bir az da bizə söylə
Dağların şair oğlu,çəkil dağlar qoynuna,Şeiri bu məğrur dağa,bu geniş düzə söylə.Sevgini çiçəklərinqulağına pıçılda,Yanğını, alovunuocağa, közə söylə.Dünya bir isti təndir –kim yoğura, kim yapa,Təbiət bir axtarış –kim itirə, kim tapa.Olmuşlar, olacaqlarbir-bir düzülər sapa,Köhnədə təzəni gör,təzədən təzə söylə.Dərdini, sevinciniçox adama söylədin,Hərdən yanan çırağa,hərdən şama söylədin,Dodağından incilərdama-dama söylədin,Aç sinə dəftərinibir az da bizə söylə.Meydandan qaçan kişiigid deyil, ər deyil,Yollar kələkötürdü,ipək deyil, zər deyil,Əlli yaşın şeiriniyazmaq bir hünər deyil,Yüz gəlsin, hünərin var,sözünü yüzə söylə.2000, 1 avqust
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bir-az-da-bize-soyle
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Girmə bu meydana soyuq ürəklə,Köhnə dəmir kimi qızırsansa, gəl.
Özün yazdın hər qismətiBu öy mənim öyüm deyil,Özünsən öyün sahibi.
Vaxtsız ayrılmasın durna qatardanBu, şair ömrüdü, qıyma sən Allah,Ruh bədəndən çıxsın, canda can ölsün.
Mənə dünya bağışlaMəcnun olmaq istərəm,Mənə səhra bağışla.
Стихи других поэтов
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
دلا دلا ز بلا هیچگونه نهراسیحدیث عشق کنی و حریف نشناسی
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.