Bir dəfə verilir vergi insana,Qədrini bilmədin, verilməz daha.Kökünü şaxtalar vuran ağacın,Budağı bar tutub gərilməz daha.

Bağlanan qapını bir də kim açar,Nə qəlb işıqlanar, nə göz nur açar,Ayağın altından daş-torpaq qaçar,Güllər qədəminə sərilməz daha.

Açılmaz səhəri, sökülməz danı,Baxanda adamın qaralır qanı.Elə soldurmusan bağı, bağçanı,Solmuş çiçəkləri dərilməz daha.

Zərif duyğuları azara qoydun,Eşqi sata-sata bazara qoydun.Qəbirə salladın, məzara qoydun,Dirilməz o sevgi, dirilməz daha.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви