Dedim-dedi
Qonşu qızdan qənd istədim:– Özüm qəndəm, balam, – dedi.– Qızarıbdı yanaqların,– Alma kimi alam, – dedi.
Dedim: – Səndə bu dil nəymiş,Dedi: – Qonşum əcəb bəymiş.Dedim: – Gözəl olur dəymiş,– Hələ tezdi, kalam, – dedi.
Dedim: – Məndə yoxdu dözüm,Dedi: – Sənə qurban özüm.Dedim: – Səni tutdu gözüm,– Dilim yoxdu, lalam, – dedi.
1973, 10 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dedim-dedi-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tovuz görüşləri
Qanad açıb bu yerlərə gələndə mən,Təbiətin bahar çağı, yaz günüydü.
Nənələr yaşayır nəvələr üçünQocalmaq istəmir qoca dünyada,Qızı ərə gedir, oğlu ər olur.
Ürəklə dedimSənə həyat dedim, o gündən bəriKönlümə əbədi maraq gətirdin.
ŞahbulaqDinlə ürəyimdən gəlib-keçəni,İstərəm arzuma çatım, Şahbulaq.