Səndən yaman incimişəm,“Dağlar, Eyvazı neylədin”.Nə tez verdin qarlı qışı,Çiçəkli yazı neylədin.

Çıxıbdı dünyanın bici,Hanı Koroğlunun gücü.Belində Misri qılıncı,Əlində sazı neylədin.

Ələ düşməz keçən dəmlər,Zəlimxanı bükər qəmlər.Yar olmur dərdə həmdəmlər,Çəkməyə nazı neylədin.

1973, 11 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов