O gün ki, dil açdım, gəldim həyata,Ürək sözlərimi insana dedim.Ayı qardaş sandım, Günəşi ata,Bu qara torpağa mən Ana dedim.

Böyüdüm, düşüncəm qol-qanad atdı,Könlümdə bir sevinc, bir də qəm oldu.Onlar da böyüdü, kamala çatdı,Hərəsi bir dünya, bir aləm oldu.

Yaxşıya-yamana yetirdim nəzər,Göz qoydum hər böyük, hər adi şeyə.Görməmək, duymamaq qəlbimi əzər,Görməyi, duymağı bacarım deyə.

İradəyə baxdım, dözüm öyrəndim,Sel kimi çağlayıb, yeltək əsmədim.Asanı, çətini özüm öyrəndim,Arzular tələsdi, mən tələsmədim.

O gün ki fikirlə yükləndi başım,Gah ulduzum doğdu, gah çənim oldu.Səadət ən böyük dostum, qardaşım,Fəlakət ən böyük düşmənim oldu.

1968, 8 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов