Eşqimiz
Alovdur ürəyi, işıqdır canı,Oddan, ildırımdan qopar eşqimiz.Çevrilib Günəşin zərrələrinə,Torpağın ruhuna hopar eşqimiz.
Saz kimi çalınar, ney kimi dinər,Ürəkdən alışar, ürəkdən sönər.Səadət görəndə Fərhada dönər,Qayalı dağları çapar eşqimiz.
Könlünü açsa da çaldığım bu saz,Bizə illər boyu naz eyləyər, naz.Səadət hər zaman qarşıya çıxmaz,Axtara-axtara tapar eşqimiz.
1978, 8 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-esqimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Başına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?