İki gözündən şikəst olan tanınmışBorçalı nəğməkarı Aşıq Göyçəyə həsr edirəm

Ömrümüzə layla çalıb,Şirindi dili Göyçənin.Ağladar bəmdən, astadan,Güldürər zili Göyçənin.

Od yağdıran saza dönər,Min qəmzəyə, naza dönər,Arif görsə, yaza dönər,Açılar gülü Göyçənin.

Naləsi bağrımı dəldi,Bu səs mənə tanış gəldi.Bahalıdı, sözü ləldi,Qızıldı əli Göyçənin.

Hər əl bu sənətə yetməz,Bu dünyaya gələr, getməz.Təbiətdən izi itməz,Gül olar gülü Göyçənin.

Neçə arzu, xəyalı var,Zəlimxanla vüsalı var.Borçalıtək mahalı var,Qaçağan eli Göyçənin.

1978, 31 iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе