Hər insan bir parça qum dənəsidir
Dünyada bir nəfər insan qalmasa,Demə, kim danışıb, kim dinəsidir.İnsanın dərdini danışmaq üçün,Qaya dillənəsi, qum dinəsidir.
Qat-qat bürünsə də dağlar dumana,Dərdini çatdırır zaman zamana.Qarğı neyə dönər, qamış kamana,Pərdə dil açası, sim dinəsidir.
Vaxt bir ovçudursa, ov olar insan,Vaxtın çaxmağında qov olar insan.Zamanın ovcunda ovular insan,Hər biri bir parça qum dənəsidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-her-insan-bir-parca-qum-denesidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranı
Ola bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
OxuyunArvadın bilsə yazıÖzü yazar kağızı,
III simfoniyanı dinlərkənGörkəmli bəstəkarQara Qarayevə həsr edirəm*