Həyatda insan kimi yaşamaq istəyirəm
Lal duran, tərpənməyən, danışmayan, dinməyən,Qarlı qışda üşüyüb, baharda isinməyən,Torpağının adıyla fəxr edib, öyünməyən,Doğma yurda bağlanıb, xalq üçün döyünməyən,Ürək nəyimə gərək!Qoy məhv olsun o ürək!Belə qəlbi həyatda yaşatmayaq, öldürək!Bir yıxılan görəndə baxıb ləzzət almayaq,Dəliyə ağıl verək, gülüşüb əl çalmayaq,Həqiqəti yaşadaq, həyatda alçalmayaq!Üzə gülüb, arxada hiylə qurub, şər qurub,Yalana doğru deyib, nahaqdan üzə durub,İki dost ürəyinin arasına girməyək!Faydasız işdən ötrü vicdanı itirməyək!Vicdanımı unudub itirmək istəmirəm!Təmtəraqsız bir ömrü bitirmək istəmirəm!Nəyə lazım o həyat!Günəşsiz bir Kainat!Qəlbi kinlə doldurub, dumanlara bürünüb,Hələ diriykən ölüb, ayaqlarda sürünüb,Yaltaq olub, əyilib, uzanmaq istəmirəm!Özümü başqasından baş tutub, üstün sayıb,Ömrü hədər keçirib, məhəbbətsiz yaşayıb,Müftəxorluq içində kef sürmək istəmirəm!Ayı, ili mənasız ötürmək istəmirəm!Qolumun qüvvətiylə, öz alnımın təriylə,İşimlə, zəhmətimlə, ağlımın hünəriylə,Coşqun məhəbbətimlə, qaynar olan qanımla,Xeyirxah əməlimlə, ləkəsiz vicdanımla,Xalqımın nəzərində ucalmaq istəyirəm!Məharətdən, əməkdən güc almaq istəyirəm!Qardaşlığı yaşadıb, qəlbi qəlbə bağlayıb,Fəlakətin ömrünü səadətlə dağlayıb,Həyat döyüş yoludu – nə durub, nə dincəlibHər sevimli bayram yüksəlişimlə gəlib,Təbiətin, sənətin önündə baş əyirəm,Həyatda insan kimi yaşamaq istəyirəm!
1968, 15-18 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-heyatda-insan-kimi-yasamaq-isteyirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün məni dağ oynatdı yerindən,Bir gün məni dağ laləsi çağırdı.
Murad köhnəqalayaAy Murad, sehrinlə qır tilsimləri,Bir görək o köhnə qalada nə var?
Mahal ismayıloğlunaÖzüm dərdəm, adım dərdnən adaşdı,Ağlamaqnan bağrım yaman badaşdı.
Bəhlul zəlimxanoğlunaArzular qarşısında neçə qat divar durur,Sən ki o divarların sərtliyindən halısan.
Стихи других поэтов
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Yaş o yaş deyil ki...Sən mənim ən əziz sirrim, istəyim,Sən mənim ən acı həqiqətimsən.
Qəzəl: Məhbub odur ki şivələri dilfərib olaMəhbub odur ki şivələri dilfərib ola,Məqbuli-aləm ola, həsib ü nəsib ola