Üzüldün, süzüldün məni görəndə,Nazlana-nazlana baxdın, a gözlər.Gah xəyala daldın, gah da oyandın,Qəlbimi odlara yaxdın, a gözlər.

Baxışın cəlladdı, tökdü qanımı,Unutdum özümü, öz vicdanımı.Apardın ağlımı, aldın canımı,Şimşəklərə döndün, çaxdın, a gözlər.

Süzgünlük bir adət olanda səndə,Əzilmək, sıxılmaq yarandı məndə.Amandı, könlümü yıxma deyəndə,Qaynar bulaq oldun, axdın, a gözlər.

1968, 22 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов