Mövlana işığında
Bu nə sınaq, nə yoxlama,nə imtahan qapısıdır,Hər millətə açıq olanulu cahan qapısıdır.Ürəklərdən xəbər verənkönül və can qapısıdır,Mömin - müdrik, aqil — cahil,alim gəlsin, nadan gəlsin,Keçən Mövlanadan keçsin,gələn Mövlanadan gəlsin.
Ya imansız, ya imanlı,ilqar-iman fərqi yoxdu,Sevgi — nifrət, yalan — doğru,yaxşı — yaman fərqi yoxdu.Ya Musəvi, ya İsəvi,ya müsəlman fərqi yoxdu,Bu qapıda məhəbbətinşərbətini dadan gəlsin,Keçən Mövlanadan keçsin,gələn Mövlanadan gəlsin.
Sevgisi tək bircə damla,nifrəti qat-qat olsa da,Ürəyində yeddi ləkə,yeddi yerdən çat olsa da,Şübhələrin caynağındahər gün narahat olsa da,Çəkinməsin bu dəvətdən,ya bir axşam, ya dan gəlsin,Keçən Mövlanadan keçsin,gələn Mövlanadan gəlsin.
Mövlananın qapısından keçəndə,Düşün incə, daşın incə, gir incə.Bir əbədi dost qapısı taparsan,O qapıdan saf ürəklə girincə.
Mən onu axtarırdımcanda bir cahan kimi,Haqqa qovuşmaq üçünhaqqı-saya can atdım.Varlığımı titrədənbir sədanın dalınca,İldən-ilə yeridim,aydan-aya can atdım.
Heç bilmədim bu fikirhardan düşdü beynimə,Allahın ən şərəfliyükü qondu çiynimə.Söz mənə libas oldu,sözü geydim əynimə,Həzin bir bulaq idim,daşqın çaya can atdım.
Torpaq verdi gücümü,Günəş verdi ziyamı,Tanrının dərgahındayoğurdular mayamı.Yaradanın özündənaldım xeyir-duamı,Bişmək, bişirmək üçün,Mövlanaya can atdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-movlana-isiginda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sazın “Müxəmməs”i, “Misri”, “Dilqəmi”,Tarın “Cahargah”ı, “Şuru”udu Göygöl.
Ey Allahı sevənlərQulaq asın haqdan gələn səslərə,Qulaq olun, ey Allahı sevənlər.
Gözümə az dəyir qarapapaqlarHər dəfə şəhərdən kəndə dönəndə,Üzür ürəyimi bir nigaranlıq.
Şair süfrəsiBu süfrəyə uzanan əllərimdə ləkə yox,Bu süfrənin üstündə haram adlı tikə yox.