Qoşa Qurbanım var
Dumduru çeşməyə dönmək istərəm,Əyilib gözümdən bir içən olsun.İki bəxtəvərlik öpsün gözümdən,Biri günəş olsun, biri çən olsun.
Öyrətdim əlimi xeyir yazmağa,Dəyir yaratmağa, dəyir yazmağa.Gərək söz deməyə, şeir yazmağa,Duru könül olsun, duru can olsun.
Təzənə əriyər telin yolunda,Dağlar qurban gedər selin yolunda.Qoşa qurbanım var elin yolunda,Biri ürək olsun, biri can olsun.
2003, oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qosa-qurbanim-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Saatlar nə ağır keçir bu axşamElə bil o qaçan saatlar deyil.
Biri mənəm, biri, yarəb, kim olaFələyin əlindən qılan ahu zar,Biri mənəm, biri, yarəb, kim ola?
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmişSən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.