Tüstü
Mən səni yandırdım, nə gördüm, ey şam,Gördüm alovunu, istini gördüm.Qıymadım sübhədək əriməyinəElə ki, söndürdüm, tüstünü gördüm.Başıma dolandı Kainat, aləm,Qanadım qırıldı, qolum kəsildi.Üstümə yeridi qayalı dağlar,Elə bil hər yandan yolum kəsildi.Çox nahaq söndürdüm, çox nahaq səni,Dünyanın qəribə qanunu varmış,Yananlar vədəsiz söndürüləndəBaşından həmişə tüstü çıxarmış!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tustu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əsil insan, gözəl alim, ağsaqqalım,*qayğıkeşim, xeyirxahım Camal Mustafayevə*
DanışarBu gün mənim dilim dinməz,damarda qanım danışar,
Ürəyi yoxdursa, ölüdür şairGözümü yumuram, qəlbin gözüyləBöyük dünyalara göz açmaq üçün.
GətirrəmQəlbindən keçəni gizlətmə məndən,Nə desən, gözümün üstə, gətirrəm.
Стихи других поэтов
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edərPərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.