Fərhad külüngü kimi,qayaları yarardım,Gözəllər görüşünəməni sən aparardın,Ürəyim, ay ürəyim.

Məni sən aparardınən müqəddəs yollara,Qüvvətini verərdingen açılan qollara,Ürəyim, ay ürəyim.

Çəkilməz qayğılarlasəni yaman yüklədim,Hər gün sənə od vurubodunu körüklədim,Ürəyim, ay ürəyim.

Əlli ildə bir dəfənə dincəldin, nə yatdın,Hər görüşdə, səfərdəbir tamaşa yaratdın,Ürəyim, ay ürəyim.

Bu gün əllər uzalıbircə sağlam can üçün,Səni mən aparıramhəkimə dərman üçün,Ürəyim, ay ürəyim.

Bu gün dostun, sirdaşıngöynərtidi, sancıdı,Göynərtilər narahatillərin qazancıdı,Ürəyim, ay ürəyim.

Ölüm olsun ölümüm,olmasın zülüm kimi,Yaxşı nə var dünyadaxoşbəxt bir ölüm kimi?Ürəyim, ay ürəyim.

Sənə olan istəyimgün kimi təmiz, aydın,Torpağın altına daməni sən aparaydın,Ürəyim, ay ürəyim.

2000, 22 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов