Əli gülsün!
Oğlumun Əlidir adı.Evimizin ilk övladıƏrköyünmü deyim,Dəcəlmi deyim,Şıltaqmı deyim,Adi bir uşaqmı deyim?Heç biri deyil.Bəzən elə bilYekə kişidir;
Nə desən eşidir,Nə desən edir,Qulluğa gedir,Bəzən başından aşırŞıltağı,Tanımaq olmurDaha uşağı.Bəzən görürsənHəlim olurLap quzu kimi.Evin oğlu deyil,Qızı kimi.Bir küncdə əyləşir,Oyuncaqlarıyla əlləşir.Nə qulluğa getmir,Nə söz eşitmir,Nə kişi kimiKişi olmur,Nə qız kimi qız.Tutması tutur,Hər şeyi unudur.Kəsir, doğrayır,Tikir, biçir.Beləcə saatlar keçir.Deyirəm ağıllı-başlı,Altı yaşlıUşaqdır Əli!Xoşdur mənəHər işi, əməli.Qoy keyfi gələndəƏrköyün olsun!Niyə olmasın axı?Qoy keyfi gələndəAtılsın düşsünYanaqları pörtüşsün!Niyə pörtüşməsin axı?Qoy keyfi gələndəKəssin, doğrasın, biçsin,Lap saatlar keçsin!Niyə keçməsin axı?Qoy keyfi gələndəDesin, gülsün,Ağzından gül tökülsün;Niyə tökülməsin axı?Nə qədər mən varam,Anası var.Onun öz aləmi,Onun öz dünyası var!İstərəm gülüşlərindənDan sökülsün,Ürəyimə sinəm dolusuFərəh tökülsün,Əlimin dodaqlarıGülsün,Əli gülsün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-eli-gulsun
Клавиши ← → для перехода, R — случайное стихотворение