Məhsəti Gəncəvi: Eşq
Sərxoşlara gül saçmağa yellər gəldi,Dildarına mey süzməyə dilbər gəldi.
Rübailər, 9Qəm görmüşə hər gün yeni bir qəm yetişər,Dərd ilə yanan qəlbə dava kəm yetişər.
Rübailər, 12Görsən məni bir söylə nədən dinmirsən?Qan tökməyə təşnədir gözün, dönmürsən.
Rübailər, 18Əfsus, gülün üstündə tikanlar bitdi,Bir qarğa sənin laləni talan etdi,
Rübai 21Olsan qoca, bir yerdə bizi kim saxlar?Qəmlər dolu evlərdə bizi kim saxlar?
Rübailər, 23Zülfümlə gərək tutum səni zəncirdə,Axtarmayım axşamkı kimi hər yerdə.
Rübai 26کار از لب خشک و دیده تر بگذشتتیر ستمت ز جان و دل بربگذشت
Rübailər, 37Dünyada daraq, daş kimi versən fərman,Ləlinlə desən bircə dəfə, ey canan,
Rübai 38Can xəstə düşüb bir toxucu oğlandan,Zülfündə əsir olub bədən çoxdandan.
Rübai 39Öz dayəsinə dünən o nadir dilbər,Ərz eylədi gövhər kimi çox xoş sözlər.
Rübailər, 41Göydə günə, yəni üzünə and olsun!Mişkin saçının gündüzünə and olsun!
Rübai 42Yarın üzünə istədi bu kəc dövranMəhv etməyə o hüsnü yaza bir fərman,
Rübailər, 44Hər yerdə sən ol könlümə, ey gül, həmdəm,Yaqut ləbinə dəyməyə dünya bir dəm.
Rübailər, 50Daim bu düşüncəylə olur qəlbim qan,Çoxmu qoyacaqdır bizi nakam dövran.
Rübailər, 52Ceyran Çini öz mişkinə qəltan eylər,Ətriylə saçın mişki peşiman eylər.
Rübailər, 56Artıq nə deyim mən, iştiyaqın nə edib?!Hiylən, yalanın, riyan, nifaqın nə edib?!
Rübailər, 59Yarım papağı tikir nə şirin-şirin!Hər kim onu görsə, deyər, əhsən min-min.
Rübai 60Öldürsə bıçaqla kimi yarım hərgah,Sonra tutar ağzında ləbiylə gah-gah.
Rübai 66Əldən, nə deyim, gör necə varım getdi,Yəni qaçıb o zülfü xumarım getdi.
Rübailər, 69Hər kimsə ki eşq ilə yanan olmuşdur,Axşamları səccadəsi qan olmuşdur.
Rübailər, 72Olmuş üzünə qadın, kişi lap heyran,Dərdindən ürək dərdə düşüb, can viran.
Rübailər, 75Hardan gecə bilsin çəkir aşiq nə sitəm,Bilsin nə bəlalar çəkir o taleyi kəm.
Rübai 76Zülm etsə mənə çörəkçi dilbər hərgah,Kin ilə deyil, naz ilə eylər gah-gah.
Rübailər, 76Qəlbim kimə eşqindən əgər söz söylər,Başlar sözu, hicran qəmini yüz söylər.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.