Məhsəti Gəncəvi: Eşq
Olmaz bu qədər ağıllı heç bir insan,Mehrin, qılığın etdi məni lap heyran.
Rübai 78Dartar yayı yağdırar o türküm oxlar,Aşiqləri köksündən o hər dəm oxlar.
Rübai 79Gördük nə qədər zülm gözəl qəmzəndən,Düşdük qəmə qəddin kimi bir düşməndən.
Rübailər, 79Eşqinlə yanan qəlbimə saldın odlar,Baxdın suda öz hüsnünə təkrar-təkrar.
Rübai 85Ey Puri-Xətib, dinlə öyüd gəl hərdən,Şadlıqla mey iç badə dolu sağərdən.
Rübai 90Göstərdi həvəs papaqçı dilbər qəlbən,Atlas papağa vurdu naxış müstəhsən.
Rübai 91Sərməst düşüb yolda o gün gördüm yar,Çökdüm yerə, tutdum əlini mən naçar.
Rübai 92Əqrəb kimicə canımı zülfün çaldı,İmanımı ox qəddin əlimdən aldı.
Rübailər, 92Gözdən yaş axıtma, bu işə sən yad ol,Qoy qəmləri mən çəkim, sevin, sən şad ol.
Rübailər, 93Bütdürsə üzün, bütə gətirrəm iman,Mey versən əgər, xoşdur o məstlik, canan,
Rübailər, 104Zülfün necə eylər üzünə naz, gör bir,Qorxum var olum paxıllığımdan kafir.
Rübailər, 106Axşam yenə tutdum o yarı mən birdən,Yüz-yüz öpüş aldım o xurma ləblərdən.
Rübailər, 109Bir göz ki baxıb yollarına həsrətlə,Qoyma kor olar ağlayaraq möhnətlə.
Rübai 112Bilirdim, vəfadan xeyli uzaqsan,Bilirdim, əhdini sındıracaqsan.
Rübailər, 116Dərdinlə qəmin könlümə olmuş qismət,Arzunla ürək göynədi həsrət-həsrət.
Rübai 118Eşqindən, a torpaq ələyən, soldum mən,Bir kimsəyə bir söz demədim dərdindən.
Rübailər, 124Getdi o gedən, başda xumarım qaldı,Könlümdə nə səbrim, nə qərarım qaldı
Rübailər, 126Ey qumru kimi sevgiyə yad dilbər sən,Tavus quşunu hüsn ilə mat eylərsən.
Rübai 127Dərdinlə mənim tək, de, yanan harda var?!Zülmünlə bu cür qəlbi sınan harda var?!
Rübai 128Gördüm o gözəl gənci ki, Sərracanda,Olmaz belə lazımlı onun tək can da.
Rübai 130Ey zülfü tökən burum-burum, həm çin-çin,Xəttinlə sənin bir-birinə dəymiş Çin.
Rübai 131Hər səmtə, gülüm, vurma bu dar meydanda,Üzdən saçını götür, qalarsan qanda.
Rübai 132Getdin içəsən badə, xoş adətdir bu!Yar olsan əgər, əhdə sədaqətdir bu.
Rübailər, 135Ey gül, üzünü bəndə kimi yad etsək,Zülfünlə sənin könlümüzü şad etsək,
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.