İstehzalı
Məhəmməd Əmin Rəsulzadə cənabları ortalığa bir təzə söz çıxardır, amma indi mən ondan bir söz soruşam, lap məəttəl qalıb gözlərini döyəcək.M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eliyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar.
GələcəkHərdənbir kənardan durub baxanda mən bir belə şey görürəm, görürəm ki, Qafqazda bir az rusca oxumuş müsəlmanlarımız həmişə rusca yazı-pozu eləyirlər. Əvvəl adam elə bilir ki, bunlar müsəlmanca oxumayıblar; sonra baxıb görürsən ki, çox əcəb oxuyublar, bəlkə on il dərs oxuyublar.Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqə edirəm bu yazdığıma yaxşı diqqət eləsin; əgər diqqət eləməsə, dəxi ixtiyarı yoxdur mənə yalançı desin.
XəbərdarlıqBiz qəzetlərdə neçə dəfə oxumuşuq ki, Sultan Əbdülhəmid əl altından gecə və gündüz çalışır cavan türklərin başını bir tövr qarışdırsın və məşrutəni pozsun. Biz bu xəbərləri eşidə-eşidə genə dinməməkdə durmuşuq. Əvvəla, ondan ötrü ki, deyirdik bəlkə qəzetlər yalandan yazırlar, necə ki, Danabaş kəndində həmişə deyirlər ki, qəzetənin peşəsi yalan yazmaqdır və bir də ondan ötrü dinmirik ki, dəxi Cabbar Cığafovu və sultanın qeyri gədalarını özümüzdən incitmiyək.Amma indi bu xəbər gəldikcə yoğunluyur. İndi cəmi qəzetələr lap açıq-açığına yazırlar ki, indiki politika məsələlərini qalxızan sultan özüdür ki, məşrutəçilərin başını qatıb dava bəhanəsi ilə qoşunu alsın öz ixtiyarına və bildiyini eləsin. Hələ bunu da yazırlar ki, sultan Bolğariya hökumətinə xəlvətcə bir kağız yazmış imiş ki, əgər o kağız gedib yerinə çatsaydı, Osmanlı məşrutəsinə böyük sədəmə toxunacaq idi. Amma cavan türklər xəbərdar olub haman kağızı ələ gətiriblər.
MisyonerlərQəzetlər xəbər verirlər ki, bu yaxın vaxtlarda Kazan şəhərində islam məzhəbinin əleyhinə çalışan rus misyonerlərinin yığıncağı olacaq və bu yığışmağa hökumət tərəfindən izn verilib.Biz bu barədə bəlkə heç danışmayaydıq; çunki bu sözlər köhnə sözlərdir və oktyabr manifestli bir məmləkətdə bu cür “hürriyyətiədyan” işlərini çox görmüşük. Amma bircə şey var: dəxi bundan sonra heç kəs rus tatarlarını qınamasın ki, hökumət məktəblərindən qaçırlar və rus mədəniyyətindən bəhrəmənd olmaq istəmirlər. Hələ keçən vaxtların sözünü danışmırıq ki, qapaz gücünə Məhəmmədin və Həsənin adlarını xaçpərəst dəftərinə yazıb, müsəlmanları İvan, Pyotr eləyirdilər.
UnutmasınlarBir il bundan qabaq eşitdik ki, Tiflisdə “Məzhər” adında türk dilində bir qəzetə çıxır.Bir övqat keçdi dedilər ki, “Məzhər” çıxıb.
Hacıxana– Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər.– Ədə, tez ol, qoyma qaç qabağa!
Abunə dəftərimiz açıldıBu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira:Məkon zigərdişi geyti şikayət, ey dərviş
Siyasi məsələSəttərxan şahın qoşunlarını basdı və günbəgün qabağa getməkdədir. Bunnan işimiz yoxdur. Az qalıb ki, bütün Azərbaycana padşah olsun. Bunnan da işimiz yoxdur.Şüca Nizami, Eynüddövləni, İzzətullah xanı və qeyriləri çox asanlıqla basıb dağıdır.
ZəhrimarA kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib.Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl.
ŞahzadəQabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur.Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır.
Bosna və Hersək məsələsiUşaqlıqda mənim başımın hər yeri qırxılırdı, amma tamam kəlləmdə bir qədər tük qalırdı. Bunun adına kakil deyirlərdi. Mənim kakilim çox uzun idi. Bir də qulağıma qızıldan sırğa kimi bir şey taxmışdılar, adına heydəri deyirlərdi. Mənim anam nəzir eləmişdi ki, mən yeddi yaşa çatanda məni aparsınlar Bakıda Bibiheybətə, kakilimi orada qırxdırsınlar, heydərini də orada açsınlar… Bir gün qulağımda heydəri çıxmışdım küçə qapısına, gördim bir nəfər yekə oğlan gəldi əlində taxtadan yonulmuş bir at. Mənə dedi: “Ala bax, bağışlayıram sənə, gör nə yaxşı atdı!” Mən bunu görcək sevinə-sevinə atı aldım, o oğlan atı verdi əlimə, əlin uzatdı qulağımdan heydərini çıxartdı. Amma mənim heydəri nə vecimə gəlir. Çox şad əlimdə at getdim evə. Anam məni görcək dedi: “Adə, o at nədi?” Dedim: “Küçədə bir əmi verdi”. Dedi: “Vay başı daşdı, hanı heydərin?” Dedim: “Əmi apardı”. Anam qışqırdı, bağırdı, nənəm gəldi, xalam gəldi, bibimə adam getdi. Qərəz, bir qiyamət qopdu ki, gəl ki görəsən. Amma indiki kimi mənim yadımdadır ki, o küy-kələk, o qiylüqal heç mənim qulağıma girmirdi. Mən ancaq at ilə məşğul idim, onu oynadırdım. Vaqeən gərək də elə olaydı, çünki onda mənə oyuncaq lazım idi, iqruşka ilə şad olurdum. Bu qalsın burada.Əmiri-Əfğanıstan öz səyahətnaməsində yazır: Vəqta ki mən Əfğanıstandan qaçıb Əmiri-Buxaraya pənah apardım, Əmirin gözü mənim yanımda olan bir gözəl oğlana düşdü, istədi onu mənim əlimdən alsın. Bunun üstündə aramız pozuldu. Buxaradan getməli olduq. Mənim müqərriblərimdən dedilər ki, gedək Səmərqəndə, Rusa pənah aparaq. Mən dedim: Bu necə ola bilər: olar kafir, biz müsəlman? Dedilər: Doğrudur, rus kafirdir, amma müsəlmanlığın rəvacına bizdən artıq çalışır. Dedim: Necə? Dedilər: Səmərqəndi ki təzə alıb, orada car çəkdirib ki, hər kəs cümə namazına gəlmə sə iyirmi beş manat cəriməsi var.
XanımlarƏgər bir az diqqət ilə hesab eləsək, əgər statistik qanunu ilə qabağımıza şotka qoyub və əlimizə qələm götürüb yazaq, baxıb görərik ki, Qafqazda müsəlman cavanlarının hamısının tərbiyəsi rus evindən başlanır.Bir az da açıq danışaq.
Ərəb İzzət qaçmıyıbKöhnə idarə vaxtında Osmanlı türklərinin başına ən böyük bəla olanlardan biri də sultanın ən yaxın adamı olan Ərəb İzzət paşa idi.Bu zalım osmanlıların başında nə cür istərdisə oylə oynurdu. Hamı maarif əhlini zəhərli pəncələrilə sıxıb özünə qul, əsir eləmişdi.
Çırağİranda, xüsusən Tehranda bir qayda var: Bazarda hansı mətaın qiyməti dövlət tərəfindən ucuzlaşsa, bu məta satılan dükanda gündüz çırağ yandırarlar. Bir də görürsən ki, cəmi qəssab dükanlarında günün günorta çağında çırağ yanır, onda bilirsən ki, ət ucuzlaşıbdır. Ancaq nədənsə haman məta çırağ yandırılan gündən başlamış əvvəlki qiymətindən də bir qat bahalaşar, bəlkə əvvəlki bahalıq dönüb qəhətlik olur. Ondan ötrü ki, qəssab dükanında dəxi ət tapılmaz və əgər çörək ucuzlaşmış olsa çörəkçi dükanında dəxi çörək satılmaz. Bu cəhətə bizim yoldaşlardan bir nəfər bazardan keçəndə hər bir vaxt görürdü ki, bir dükanda çırağ yanır, qaçıb o çırağı püfləyib keçirdirdi və dükançıya deyirdi ki, “siz Allah, hər neçəyə satırsınız satın, razıyıq, ancaq çırağ yandırıb qəhətlik salmayın”.Gələk mətləb üstə. Bir neçə vaxt bundan irəli müsəlman ürəfa və danişməndləri Tiflis şəhərinə cəm olub, məhz Qafqaz müsəlmanlarının şan və heysiyyətini, abru və izzətini, dini-islamın şərəf və şövkətini mühafizə etmək üçün canişini – Qafqaza bir layihə pişnihad elədilər ki, Dumaya təqdim etsin və təvəqqə elədilər ki, o layihəyə əncam verilənə kimi Qafqazda şeyxülislam təyin olunmuyub dolandırıcı qoyulsun. Belə də oldu. Amma islam millətinin şan və şərafəti artmaq yerinə müsəlmanların olan-qalan abırları da millətlər içində gülünc bir hala qoyuldu. Bunun cəhətini yaxşı başa düşmüyən Tiflis müsəlmanlarının hər birindən soruşsa öyrənə bilər. Xülasə, sözüm burasında idi ki, bizim ürəfamız istədilər ki, iradeyiruhaniyyəmizdə çırağ yandırsınlar, amma indi mənim rəfiqələrimdən biri həmişə idareyi – ruhaniyyənin qabağından keçib haman çırağı görəndə qaçıb o çırağı püflüyb keçirdir və deyir: “Siz Allah, hər neçəyə əti və çörəfi satırsınız satın, amma çırağ yandırıb vilayətimizə şeyxülislam qəhətliyi salmıyın”.
Həqiqətİstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan teleqramı oxusun və mən də hələ bir stəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə.Bəli, haman teleqrafın məzmunu budur:
Köhnə ilAdətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetlər köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirirlər. Bu adətə biz də əməl eləyirik.1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosniya və Hersək vilayətlərini zəbt eləyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb danışdırıb. Həmin 1908-ci ildə İranda Səttar xan baş qaldırıb və gəncəli Məmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin, hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib. Və molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib bir nəfər molla Əliyə verməyi barəsində…
Necə qan ağlamasın daş bu günNecə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!*Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.
QənimətAmma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
ÜləmaBəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.Bilmirsiniz axund həzrətləri nədən danışırdı?
Küflə qurdu“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.
Bisavad“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.
İpİrəvandan bir belə kağız aldıq:“Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”.
PoçtxanaMən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gənə dəmir yolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana elə bil ki, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var. Tiflisdən Gəncəyə gedən var, Şəkidən Şirvana gedən var – dəxi poçt nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdiver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.Yəni maşallah bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər.
Həmşəri və saldatS a l d a t : Həmşəri, zaçem tvaya qamsum tatar şaxsey-vaxsey başqa qinjal prapal.H ə m ş ə r i : Ağa saldat, patamu qamsı tatar zorba başqa rejim rabatay; məsələn, erməni takoy çalavert, qorxax, musurman qorxax bilməz, patamu indi qamsım urus, firənk, erməni, gürcü pasmatri musurman şaxsey-vaxsey mnoğo-mnoğo kriçit, kriçit, başqa vsyo qinjal, başqa vsyo qəmə, rejim, rejim, şaxsey rejim, patamu vsyo ingilis, vsyo urus, vsyo firənk qamsum gəlib pasmatri kakoy zorba pasmatri musurmandan qorxub delayet, tvoyo urus şto? Burnundan adin nemnoşko qan gələn kimi kriçit, ay umirat, ay doxtor, umirat. Patamu musurman zorba.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.