Səfəvi dövrü
Məhəbbət yüküdür bu çəkdiyim bar,Eşqin ələmiylə könül biqərar.
Rübai 9Canımda gizlidir eşqinin qəmi,Odur hər dərdimin əsl məlhəmi.
Rübai 10تا گشت دل زار ز دلدار جداشد طاقت و راحت از دل زار جدا
Rübai 11Bir yürü, görünsün o rəna qamət,Baxım camalına, ey mahtələt!
Rübai 12Hər gecə zülfünün eşqindəyəm, yar!Onunçun oluram daim biqərar.
Rübai 13Ya Rəb! Arzumuzu özün et rəva,Kömək et, mənalı söz edək inşa.
Rübai 14Əcəm, türk, ərəbin sənsən rəhbəri,Yüksəlir hər kəsin sənlə hünəri.
Rübai 15Gözəlim dil açıb soruşmadı hal,Kamamı vermədi o şirinməqal.
Rübai 16Məhvəş gözəllərdən vəfa gözləmə,Cəfakar olandan səfa gözləmə.
Rübai 17Könül, həvəs varsa başında sənin,Keç candan ki, odur öz yolkəsənin.
Rübai 18حسنت که ز کاکل علم افراشته استمویی ز کمال لطف نگذاشته است
Rübai 19Könlü xərab edir o gözəl canan,Onun ay üzünə göz qalır heyran.
Rübai 20Kim olmaz vəslinə sənin tələbkar?Kim görsə hüsnünü olmaz biqərar?
Rübai 21Kərbəladə yatan hər halda ikən,Torpağa dönsə də düşməz dəyərdən.
Rübai 22Zülfünün əsiri mişk olur müdam,Ənbərsə xəttinə olmuşdur qulam.
Rübai 23Ey xurma ağacı, qələmin məşhur,Hər xəttin Xızıra işıq yoludur.
Rübai 24Ömrüm nə mənasız, nə hədər keçdi,Sənətdən hələ çox bixəbər keçdi.
Rübai 25Yarın rəhmsizcə eyləsə qovğa,Xoş ol, səadətdir yardan hər cəfa.
Rübai 26Dünyada hər cəfa eyləyə dilbər,Öz məst aşiqinə nəsihət eylər.
Rübai 27Nə qədər ürəkdə var belə sevda,Qəlbi bürüyəcək kədər, qəm, cəfa.
Rübai 28Bu dünya əhlinin sonu ədəmdir,Fərəhin, şadlığın axırı qəmdir.
Rübai 29Eşqindən tapmadı bir işim əncam,Öldüm, dodağından almadım da kam.
Rübai 30دنیا نه مقام ذوق و عیش و طرب استعیش و طرب و ذوق درو بس عجب است
Rübai 31O gözlər işığı, ayüzlü canan,Onda var başqa bir məlahət hər an.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.