Səfəvi dövrü
Sənin nə şərikin, nə varisin var,Hər şey gəlib-gedir, sənsən bərqərar.
Rübai 33Əmrinlə bitişib birləşmiş məzac,Xilqətdə bu aləm sənədir möhtac.
Rübai 34Aləm varlığına aydın bir dəlil,Hər zərrə açmışdır zikrin üçün dil.
Rübai 35Ey könül, darısqal dünyanı burax,Get geniş fəzalı fənayə ancaq.
Rübai 36Qəlbin inlətməyən ayrılıq, hicranVüsalın zövqünü bilməz heç zaman.
Rübai 37Hər gözəl qəlbimə bir fərəh saçar,Gözəllər eyləyər məni bəxtiyar.
Rübai 38Naləmlə etmədi yar mənə imdad,Fəryadla etmədi o, könlümü şad.
Rübai 39Qəza etdi məni sənə giriftar,Məni heyran qoydu o ləb, o göftar.
Rübai 40Varlıqdan bir əsər olmayan dəmdə,Zəmanə yatarkən xabi-ədəmdə,
Rübai 41چون لاله پریرم آتشی در دل بوددی داد نوید سنبلت باد درود
Rübai 42عاشق همه دم زار و حزین می باشدسودا زده و بی دل و دین می باشد
Rübai 43Seyidlər göz nuri, taci-sərdirlər,Ədəbdə onlara yoxdur bərabər.
Rübai 44Seyid olmalıdır hər işdə yüksək,Surətdə, siyrətdə böyük cəddi tək.
Rübai 45Aləmdə o dildar görünən zaman,Hər an bir surətlə oldu nümayan.
Rübai 46Çəkəndə nəqqaşı yar surətini,Xalını, zülfünü, lətafətini,
Rübai 47تا چند مرا آتش دل تاب دهدرخت طربم بسیل خوناب دهد
Rübai 48Dostdan istədiksə arizu, murad,Vədəylə bir ümid vermədi, heyhat!
Rübai 49Verdiyin əzab da xoşdur mənə, yar!Şirindir al ləbdən hər acı göftar.
Rübai 50Əsir bahar yeli, qönçələnir gül,Olur gül şamına pərvanə bülbül.
Rübai 51Çəməndə gül qurdu böyük ehtişam,Səbzənin başına səpdi zər müdam.
Rübai 52Əzəlin nəqqaşı, böyük sənətkar,Çəkdi göz pərdəmə bir surəti-yar.
Rübai 53بنمود رخت بنفشه باغیست مگرشد انجمن افروز چراغیست مگر
Rübai 54Fələk hər işıqlı ulduzla axşamAqillər qəlbinə dağ basır müdam.
Rübai 55Şümşad qamətinə olmuşdur əsir,Kölgən tək gəzərdi, ey bədri-münir!
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.