Mir Cəlal Paşayev: Sovet dövrü
Hərə bir cür düşünür. Biri deyir, oğul gərək atanın dalınca getsin. Biri də deyir, yox, ata gərək oğulu izləsin, müasir mətləblərdə oğula qulaq assm.Mənimki də belə oldu. Tofiqi - oğlumu lap uşaq vaxtından izləmişəm, başına buraxmamışam. Hər yerə özüm aparmışam, hər işə özüm qoymuşam, baş çəkmişəm, yoxlamışam, göstəriş vermişəm, arxayın olmuşam. Həmişə belə olub. Oğlum da rahat olub, mən də!
Yalan qiymətMən dostluğa sadiq adamam. Birisi ilə haqq-salamım oldumu, axıracan gedəcək. Dostumun xoş gününə də, bəd gününə də şərikəm.Dostluq böyük nemətdir, hər adam onun qədrini bilməz. Dostun səfasım gördüyün kimi, gərək cəfasını da çəkməyi bacarasan. Doğrudur, ata-babadan adət olub ki, adamın ən yaxın sirdaşı qohum-qardaş olar. Amma yaxşı dost qohum-əqrəbadan da artıqdır. Xüsusən indiki xoş bir dövranda, tərəqqi zamanında heç kəs dostsuz olmasın...
Uşaqdan muğayat ol!Gözüaçıq, alnıaçıq, zehniaçıq adam - bu sözlərin mənası mənə aydın idi.Gözüaçıq, yəni, ayıq, bacarıqlı, hər şeydən xəbərdar! Alnıaçıq, yəni düz adam, iş görən, üzüağ, diliuzun, hər kəsə borclu olmayan. Zehniaçıq, yəni mütərəqqi, uzaqgörən, düşüncəli, bilən, qanan, mütəfəkkir, tükü-tükdən seçən adam...
Yas məsələsiAilə möhkəm olmalıdır. Cəmiyyətin ilk isti, səmimi ocağı, mən deyərdim, müqəddəs ocağı ailədir. Ailəsini sevməyən heç kəsi sevə bilməz. Ailəsində xoşbəxt olmayan heç yerdə xoşbəxt ola bilməz!Buna görə də mən həmişə ailə həyatına diqqətli, ehtiyatlı, həssas olmuşam. Duyduğum ixtilafları dərhal yerindəcə söndürmüşəm. Atalar demiş, alov üstünə nöyüt yox, su səpmişəm.
Tut kampaniyasıMən çox gəzən adamam. Keyf-ləzzət üçün yox, işim, vəzifəmlə əlaqədar çox yerdə, ölkəmizin böyük şəhərlərində tez-tez oluram. Bu dəfə Leninqrad şəhərinə getmişdim.Səhhətimdən şikayətlənəndə yoldaşım məni qocaman bir həkimin yanma apardı. Kabinetində, ağ xələtdə əyləşib yazı-pozu ilə, cürbəcür dərman nüsxələrilə məşğul olan qoca, ağsaç həkim bizi çoxdankı tanışı, yaxın adamı kimi hörmətlə qəbul elədi, kürsü çəkib yer göstərdi, gəlişimizin məqsədini biləndə müayinəyə başladı.
PeşmançılıqIKolxoz sədri Səfər, şəhərdən yenicə gəlmişdi. Alı kişinin evində qalırdı. Səhər hamıdan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına alıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusi bir eşqi var idi. Günün çıxmasını və batmasını seyr etməyi sevərdi. Səhər açılanda su daşının üstünə çıxar, oyanan kəndin qarışıq həyat səslərini dinlərdi. Dağların arxasından boylanan mis məcməyi kimi qızaran günəşə baxar, baxdıqca ürəyi açılardı.
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.