Mir Cəlal Paşayev: Sovet dövrü
Aprelimiz münasibətilə*Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqdı,
Anamın vəsiyyətiSaralırkən 60 yıllık niyaran gözləri,Həyatdan tok qözlərini yukarı.
MüxbirƏlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.
Həkim CinayətovGənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli".Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu.
Mirzəİki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!
Hacının xəyalı"Dünyanın işi belədir. Zahirdə dəhşətli görünən qanunlar insanların özləri tərəfindən verilir və rədd olunur. Vay o adamın gününə ki, bunu başa düşməsin, qəzetlərə, deyilənlərə inansın. Elə götürək mənim özümü. Bir zamanlar dəli pristavın qaradavoyu oldum; onda gəncdim, qoçaqdım, gözümü ağardanda qorxudan boğaz inəklər bala salardı.Fələk vurdu, müsavat taxta çıxdı, qulluqlar dəyişdi, tanış olmadığım adamlar iş başına keçdi. Xosrov bəyə bir qırqovul, bir də damazlıq inək bağışlamaqla kəndin yüzbaşılığını aldım. Əsl ömür-günüm buradan başladı...
İlk günlər1Köhnə və alçaq möhrə arasına qoca bir daxma sığınmışdır. Toyuq hininə oxşayan bu daxma üzərində bitən otlar, yuxarıdan baxanda, əl ilə sancılmış quru çöpə bənzəyir. Daxmanın qırıq novdam da çoxdan su görmür, daş, torpaqla dolmuşdur. Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır. Bir tərəfi çalı tikanı ilə hasarlanmış həyət ağır ayaqlarla tapdalandığından xırman kimi, çılpaq və qurudur. Burada qoca bir tut ağacı vardır.
Səfər1Bəndalı əsgər gedəsi oldu. Anası Bəndalıya fətir bişirdi, isti paltar verdi. Səhər danüzü qalxıb, ona çay-çörək verdi. Boynunu qucaqlayıb öpdü, onu rayon mərkəzindəki çağırış məntəqəsinə yola saldı. Özü də çəpərin dalına çıxıb əziz, igid və yeniyetmə oğlunun dalınca baxdı. Bəndalı yeyin və düz gedirdi. Alaqaranlıqda onun enli kürəklərini görmək olurdu. Çox çəkmədi, o, bir nöqtə kimi, kiçildi, gözdən itdi.
Badamın ləzzətiİmran İçərişəhərin dar, qaranlıq, əyri-üyrü küçələrindən keçdi, daş pilləkənlərdən qalxıb yeddi nömrəli evin alçaq qapısından həyətə girdi. Həyət kibrit qutusu kimi, balaca, yaraşıqlı və kölgəli idi. Bir qadın şüşəbənddə paltar yuyurdu, bir pioner də su quyusunun qabağında, səkidə oturub, aeroplan modeli düzəldirdi.İmran dəftəri çıxarıb, ev qadınlarının siyahısını tutdu, ayın 25-də açacağı dərnək haqqında, dərs haqqında danışdı. Doqquz nəfərin adını yazdı, qayıdıb getmək istəyəndə fikrinə nə gəldisə, pionerdən bir də soruşdu:
Özək raport verirYox. Özək buna qətiyyən dözə bilməz. Bu kəsir bizi batırar. Komsomol belə düyünlərdə dayanmamışdır. Məntəqənin ən böyük kəndində komsomolçular tısbağa yürüşü gedə bilməz: 31 komsomolçudan 15-i kolxozdadır. Kolxozçuluğumuz ağızda, dildədir, işə gələndə bitərəflərdən təfavüt görmürük. Partiya və komsomol tapşırıqlarım yaxşı yerinə yetirmək üçün heç kəs özünü bərkə vermir. Üzvü heyətinə arxaymdır, heyəti üzvünə...Kökündən dönüş lazımdır. Başqa özəklər yarışır, komsomolun səsi dünyanı tutub, bizim özək bu səsə qarışa bilməmiş...
Münəvvəri dinləyin!Uzaqdan, şəhər toxuculannın içindən gəlmiş gülərüzlü bir qadın özək katibindən söz aldı. O, çit fabrikası komsomolçularının məktubunu kolxozçu gənclərə oxuyurdu.– Uşaqlar, 360 dəzgahımıza işçi çatmır. Hələ gələn il dəzgahlar yarı-yarıya artacaqdır. Aşıb-daşan Mil düzü, Muğan pambığını toxumaq üçün adamımız azdır. Gənclərdən 32 nəfəri bizə vermənizi xahiş edirik. Biz onları usta edəcəyik. FZS-də oxudacaq, sonra dəzgah başına qoyacağıq-
İşləməyən dişləməz"İşləməyən dişləməz" - demişlər. Lakin revolyusiyadan qabaqkı həyatın səhifəsinə baxın, işləyənlərin dişləmədiyini, işləməyənlərin dişlədiyini, hətta didişdirib, cırmaqladığı və söküb-dağıtdığını görəcəksiniz.Fransızlar bu misalı ayrı cür qoyublar. "İşləməyən, dişləməməlidir", lakin məsələnin qoyuluşu həlli demək deyil. Ancaq proletar revolyusiyası isbat etdi ki, işləməyən dişləməməlidir.
Molotovçular– Sən aparsan, üzüyünün qaşımı düşər?– Tülkü-tülküyə buyurur, tülkü də quyruğuna... Öz vəzifəni necə xalqın boynuna yıxırsan.
Bayrağı bərk saxla"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:
Volqanın qucağındaBu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.
Zavodun tərcümeyi-halıUzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.
Marksın dostuMən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.
Almas gəldi– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:
İstifadə– Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək...İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım. Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı qaldım ona görə ki, yazın günündə, istirahətə çıxdığımız yerdə nə istifadə bazlıqdır.
“Myaxqiy”"Myaxqiy" sürət poyezdi. Yumşaq yataq. Təmiz yer. Yaşıllıqlar, buludlar, dağlar, binalar pəncərədən baş əyərək keçirlər... Bunu kim istəməz?...Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Növbədə birisi burnunu silmək istəyəndə hamı tərpənirdi. Mən isə kassaya yapışdım. Furajkamın kölgəliyi qırılmaq üzrə idi. Kassirin ancaq ətəyini görürdüm. O, cəld fırlanır, mənə bilet hazırlayırdı.
Azad qızQara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.
Sağlam yollardaBahar balalarını, yaz çiçəklərini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsinizmi nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağıdan yaşıllıqlarda və bağlarda başlanmışdır. O, ana qoynundan yenicə çıxmış balaca əllərini bağbanlıqda böyütmüşdür.
Qələbənin açarı" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:
Səsimizi dünya eşitsin!Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.