Titrək bir səs

Ev idarəsindən bizə bir uşaq gətirdilər:– Buna da siz atalıq edin. Qərb vilayətlərindən çıxarılmış yetimlərdəndir. Valideyni müharibədə həlak olmuşdur.

Mir Cəlal Paşayev19442 dəq
Barxudar

Getmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:– Barxudarın evi buradırmı?

Mir Cəlal Paşayev19444 dəq
Çıraqlar yandı

1Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var. Mənim də Kübra kimi səkkiz yaşlı bir qardaşım var. Onu evdə tək qoyub, səngərlərə gəlmişəm. Mənim də Kübranınkı kimi səliqəli, üzəgülən bir həyətim, növraqlı bir mənzilim var. Eyvanımda lumu ağacı bəsləmişəm. Axırıncı dəfə onun meyvəsini üzməyə əlim gəlmədi. Dibinə su tökdüm, başına dolandım. Uşağa baxdım, ağaca baxdım. Deyəcək sözüm olmadı. Dilim tutuldu, nə dedisə, gözlərim dedi.

Mir Cəlal Paşayev19446 dəq
Dissertasiya

– Həmin bu qaşıq dərmanını içərsən, həbləri atarsan, gündə iki dəfə yaş dəsmal qoyarsan, iki gün sonra yanıma gələrsən.Həkim deyənləri etmək çətin deyilsə, asan da deyil, belə tapşırıqlarla məşğul olmağa vaxt hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı həkim nə deyib, eləmişəm. Xeyir görməsəm də, hörmət qoyub eləmişəm. Həkimlərin bir sözü mənə lap çətin gəlir. Elə ki, müayinəni qurtarır, dərmanı yazır, məsləhətlərini eləyir, axırda qayıdıb qəti tapşırırlar:

Mir Cəlal Paşayev19449 dəq
Avropadan məktub

Əziz atam, anam! Qohumlar, dostlar, yoldaşlar!Süvari alayımız səf-səf durub and içəndə, qılınclar havada bərq vuranda deyirdim: "Süngiim qələm olaydı, ürəyimdəkini Bakının üfüqlərinə yazaydım" İndi, budur, ağır qələbə döyüşündən sonra istirahətdəyəm, Karpat dağının ətəyində sizə məktub yazıram. Alayımız düşməni qova-qova sərhədi keçdi. Müzəffər ordumuz indi yaralı vəhşini öz mağarasında əzir.

Mir Cəlal Paşayev19442 dəq
Vətən qəhrəmanı

(Xəzərin qoynunda)*Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.

Mir Cəlal Paşayev194422 dəq
Snayper

Dağların ətəklərindən başlayıb ucsuz-bucaqsız düzlərə qədər uzanan iki böyük dağ silsiləsinin arasında yerləşmiş Şirvan mahalı çoxdan məşhurdur. Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Bu yer Şirvanşahlar paytaxtıdır. Bu yer mahnılarda çağırılan Şirvan gözəllərinin yurdudur. Bu yer Xaqani, Seyid Əzim, Sabir kimi nəhəng şairlər məskənidir. Bu yer elin söz qoşduğu şirin nar, qızıl alma vətənidir:Şirvanın şirin narı,

Mir Cəlal Paşayev194425 dəq
İki ananın bir oğlu

O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən günlərin şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla taxta məhəccərə söykənib baxardım.Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, müəyyən cavab demədilər. Səslər gəlirdi:

Mir Cəlal Paşayev194510 dəq
Ailə

1Biz xəstəxanadan çıxdıq. Sanitar maşını bizi vağzala qoyub qayıtdı. Qaranlıq, həm də küləkli bir gecə idi. Külək uğuldayaraq aləmi ağzına almış, ağacları sağa-sola bükərək köklərinə qədər tərpədir, sanki torpağı oyatmaq istəyirdi. Biz saat yarım qatarı gözləməli idik. Mən çantamın üstündə oturub papiros çəkir, vaxtımı keçirirdim. Qapı ağzına çıxan Valeri pis bir xəbər gətirdi:

Mir Cəlal Paşayev19458 dəq
Həpəndovun məqaləsi

Tənqidçi Həpəndov arvadı ilə dərdləşirdi:– İndi də deyirdi, başlayıb ki, yaza bilməyənlər ittifaqdan çıxsın. Qoymayacaqlar girlənək. Gözləri də hamıdan qabaq məni görür, guya ki, yaza bilməyən bir mənəm.

Mir Cəlal Paşayev19455 dəq
Oğul

K ölgədə bitən ağacın k ölg əsi olmaz.1

Mir Cəlal Paşayev194517 dəq
Millətin “müalicəsi”

Kiçik zabit Maltus papiros çəkmək üçün ovcunda xəzəl ovurdu ki, bir məktub atdılar. Nürnberq şəhərindən, arvadından gəlmişdi. Sevincək açıb oxudu:"M ənim əzizim, neçə vaxtdır səndən xəbər yoxdur, nigaranam. Axı sənə nə tapşırmışdım. Deyirlər, Rusiya torpağını bölüşdürürlər. Üç ildir vuruşursan, gərək sənə lap yaxşı yerdə bir malikanə versinlər. Böyüklərə ərizə ver, tələb elə! Qoy Odessada bizə yaxşı mülk versinlər. Bağımız olsun, inək saxlayaq, qaz saxlayaq. Otaqlarımızı kirayəyə verək, ruslardan kəniz tutaq, ömrümüzün axır-uxurunda biz də bir gün görək!"

Mir Cəlal Paşayev19453 dəq
İki səs

Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.

Mir Cəlal Paşayev19454 dəq
Qələmdan

1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:

Mir Cəlal Paşayev194515 dəq
Silah qardaşları

1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

Mir Cəlal Paşayev194520 dəq
Mənim də haqqım var

Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?

Mir Cəlal Paşayev19458 dəq
Salam

Vağzal səkisinin enli, daş pilləkənlərindən enib uzaqlaşanda, köç yolunun başına çıxanda Salamın ürəyi döyündü. Buraya iri, yeyin və bərk addımlarla yeriyərək, ətrafındakı hər şeyə etinasız olan ucaboy gənc əsgər atəşi azalmış maşın kimi yavaşıdı və yerişini dəyişdi. O yalnız yerişini yox, duruşunu, baxışını, hərəkətini, fikir-xəyalını da dəyişdi.Atəşi... yox, atəşi azalmadı. İgidlər damarında yanan bu atəş istiqamətini dəyişdi. Alov Salamın qəlbinə axdı. Əsgər sinəsində yeni, isti bir hərarət duydu. Şiddətli və sərt boranlar qoparaq, ilıq yaz günəşinin hərarəti ilə köpürüb oyanan və çoxdan quruyub saxladığı bitkilərə: "Ç ıxın!" – deyən məhsuldar şum zəmiləri Salamın yadına düşdü. Ona elə gəldi ki, sinəsindən isti qalxır, ürəyindəkilər-buradan apardığı və sağ-salamat qaytarıb gətirdiyi bütün hisslər bahar suları kimi qaynamaq, aşıb-daşmaq istəyir.

Mir Cəlal Paşayev19459 dəq
Gözətçi

Yayın yandırıcı günlərindən biri idi. Günəş günorta yerindən xeyli enmiş, kölgələr düşmüşdüsə də, isti şiddətlə davam etməkdə idi. Şəhərdən Mərdəkana doğru yollanan minik maşınları gümüş kimi şümal asfalt üzərində süzüb gedirdi.Bu maşınlardakıların çoxu işdən çıxıb bağa, ailəsinin yanına gedən şəhər fəhlə və qulluqçuları idilər. Onlar, deyəsən, istidən qaçırdılar. Bağda, əncir ağaclarının kölgəsində oturub sərinləməyə tələsirdilər.

Mir Cəlal Paşayev19456 dəq
Aqil

1Yay tətilinin sonuncu günü idi. Yüz minlərlə məktəbli kimi Aqil də yır-vığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı.

Mir Cəlal Paşayev194510 dəq
İmtahan

Ali məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.

Mir Cəlal Paşayev19463 dəq
Gil-gil çay

Səhərin gözü yenicə açılanda, qış günəşi qızıl saçlarını silkərək başını Xəzərin soyuq sularından qalxızanda Təzəşəhərin uca zavod boruları səslənirdi. Siqnal gözləyirmiş kimi, küçələrə tökülən adamların, maşınların səsi və hərəkəti get-gedə çoxalırdı. Papirosunu tüstülədərək işə gedən dəstə-dəstə fəhlələrin addım səsləri bir mərkəzə, istehsalat, tikinti yerlərinə doğru uzaqlaşır və sönürdü. Bir az sonra küçələr boşalır, sahələrdə isə ahəngdar zəhmət həyatı qaynayırdı.Bir-birinin dalınca gedən üç minik maşını sahələr arasından, küçələrdən baş yola çıxdı. Kənardan baxan bunların bir istiqamətə yollandığını güman edərdi. Belə olmadı, maşınlar sanki fikirləşmək üçün yol ağzında bir qədər yavaşıdılar. Qabaqdakı örtülü "Villis" yoldaşlarından aralandı, baş yolu vurub düz keçdi. Nasosnu vağzalına tərəf yol aldı, kərpic zavodu binaları arasında gözdən itdi. "Pobeda" Bakıya yollandı. Sürməyi rəngi solmuş köhnə "EM " isə Quba yolunu tutub sürətini artırdı. Bu maşında inşaat trestinin rəis müavini Munisov gedirdi.

Mir Cəlal Paşayev194617 dəq
İki rəssam

(Nizami mövzularından)*İskəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi.

Mir Cəlal Paşayev19477 dəq
İftixar

Kitab sarayından yenicə çıxmışdım ki, ucaboy, cavan və yaraşıqlı bir oğlan mənə yanaşdı. Salam verdi, adımı çəkib mənimlə görüşdü. Nə qədər diqqət etdimsə, tanıya bilmədim. O, bunu hiss etdi:– Əşrəf müəllim, – dedi, – görünür, tanıya bilmədiniz.

Mir Cəlal Paşayev19486 dəq
İlk vəsiqə

Sabir dal skamyaların birində tək oturmuşdu, əlini çənəsinə söykəyib müəlliməsinə diqqətlə qulaq asırdı.Müəllimə dünəndən uşaqlara tapşırıb anaları çağırtdırmışdı. Anaları çağıranda həmişə uşaqlar da maraqlanırlar:

Mir Cəlal Paşayev19485 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.