Mir Cəlal Paşayev: Sovet dövrü
– Əə, Məcid, o nədir, ananı o kökdə saxlayırsan? Dünən sanatoriyada görmüşəm. Əynində bir andır kofta var, kimin üstünə atsan, hürküb qaçar. Nə olub, bəyəm, arvada üç metr abırlı parçadan paltar tikdirə bilmirsən? Ayıbdı, əə! Neçə lazımdır verim, o arvada yaxşı paltar al! Görən nə deyər? Anandır axı!Məcidi heyrət götürdü, bilmədi, nə cavab versin:
Toy tədarüküHər yaşın öz qayğısı, öz tələbi var. Doqquz aylıqda doğulasan, dünyaya gələsən gərək (tələsənlər yeddi aylıqda gəlirlər). Bir yaşa çatdın, yeriyəsən gərək. İki yaşda danışasan, üç yaşda bağçaya, yeddi yaşda məktəbə gedəsən gərək, on altıda işə gedə bilərsən, on səkkiz, iyirmi yaşda evlənsən yaxşıdır.Ad günümdə nənəm məni əzizləyər, aş bişirər, hədiyyə alar, yaraşığıma baxardı. Bu dəfə açıq dedi:
VarislərÇoxdanın, qırx ilə yaxın bir zamanın söhbətidir ki, sizə danışıram: onda mən cavan, gümrah, çevik bir tələbə idim. Yay tətilini vətən yaylaqlarında keçirməyi, fürsətdən istifadə edib qoca, təcrübəli kişilərin xatirələrini dinləməyi, vəzifəm ilə bağlı bir iş olan xalq ədəbiyyatı nümunələrini toplamağı sevərdim.Yayın isti günlərindən birində yerli tələbə yoldaşlarımdan biri məni müdrik bir kişinin, qoca bağbanın yanına, Dilican yaylağının mənzərəli bir dağ döşünə gətirdi.
Oxutmuram, əl çəkin!Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!*Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!*
Gülmək lazımdırSəfərovu başağrısı əldən salmışdı. Elə bil ki, bu xəstəliyi ona hardansa məcburi vəzifə kimi tapşırmışdılar. Çarəsini də tapmırdı. Ha çalışırdı, yaxasını qurtara bilmirdi.İşdən qayıdıb soyunandan, yuyunandan, evdə güzgü qabağında dayanıb üz-gözünə baxandan sonra sanki bir ağrı qara qarğa kimi qəflətən onun başına qonur, rəhmsiz bir davamla beynini dimdikləməyə başlayırdı.
Yalan ayaq tutar, yeriməzBəşir ömründə iki dəfə bərk həyəcan keçirmiş, ürəkdolusu təəccüb eləmişdi. Bir bağçada olanda, beş yaşında uşaq vaxtında, bir də ki indi, inşaat kontorunda işləyəndə, otuz beş yaşında...Deyə bilərsiniz ki, beş yaşında adamın başına gələnlər yadda qalmır. Bəşir olmasın, kim olur-olsun. Beş yaşında həyəcan keçirmək, sevinmək, ya kədərlənmək sonradan yadda qalmaz. Özü də otuz beş yaşındakının... Adamın dünən yediyi bu gün yadından çıxır...
GülcamalBizim analar uşağa ad qoyanda çox düşünür, məsləhətləşir, götür-qoy edir, axtarırlar. Bu təbiidir. Kim istəməz ki, doğma övladma ləyaqətli, yaraşıqlı ad versin! Ataların bu sözündə də həqiqət var: uşaq böyüyəndən, el içinə çıxandan sonra özünə ad qoyur.Yaxşı, ya pis ad qazanmaq nə havadan, nə valideyndən, nə də qulluqdan asılıdır. Qalır insanın özünə, fərasətinə... Bəzən olur ki, ata-ananın qoyduğu ad, pasportla yazılan ad məqbul olmur, tamam unudulur. Cavanın həyatda, işdə, fəaliyyətdə qazandığı ad məşhur olur, çox deyilir, tez yayılır.
Alma xanımAlma məşhur, dadlı, ləzzətli meyvədir. Xüsusən bizdə, Qafqazda– Qubada, Şirvanda, Qoridə olan almaları hər yerdə xoşlayır, üstün tuturlar. Alma haqqında mən çox oxumuşam, eşitmişəm, məişətimizdə onun mövqeyini də bilirəm. Hələ lap uşaq vaxtından, toy dəsgahlarında quşlar kimi uca çinar budaqlarından tamaşa etdiyim vaxtlarda görərdim ki, toybəyi nişanlısına alma atır, başına gümüş pullar, gül yarpaqları sovurur.
Anamın əzizləriSizi bilmirəm, bizdə qız çoxdur. Anamın səkkiz övladı var, hamısı da qız! Hər dəfə anam doğum evindən qayıdanda dostları, qonşuları təbrik edib soruşurlar:– Nəyin oldu, Nəzakət?
Xeyir işIHeybət xala çənəsini ovucları arasına alıb dizlərinə dirsəklənmişdi, görən deyərdi bu arvad nə belə qəm dəryasına qərq olub?
Bakı səhərləriI– Qız, Səadət, bu sənsən?
Xahiş, tələb, məsləhətAdam, xüsusən indi cəmiyyət adamı bunlarsız keçinə bilmir.Mən özüm müəlliməm, xalqın uşaqlarını oxuduram. Çalışıram ki, cavanlar müasir elmin, mədəniyyətin əsaslarını yaxşı öyrənsinlər. Gənclərə diplom verib həyata, xalq təsərrüfatında işə göndərəndə getdiyi idarənin işi sahmanda olsun, həm gəncin alnıaçıq, üzüağ, sənəti sayalı olsun, həm də müəllimin zəhməti hədər getməsin, sevincinə əsas olsun.
Anamın sevinciBurada hansı sevincdən söhbət gedir? Bizim anaya gətirdiyimiz sevincdən, yoxsa ananın bizə gətirdiyindən?Doğrudur, biz anamızı çox istəyirik, mən də, bacım da. Onun, az qala, başına dolanırıq. Həmişə istəyirik ki, onu sevindirək, güldürək, ürəyini açaq, xoş xəbərlə salamlayaq.
Məhəbbətə zor yoxdur– Nisa, ay Nisa!Nisa qayıdıb səs gələn tərəfə baxdı, dinmədi.
Ticarət lirikasıMəhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
Vətən köynəyiBakıdan fanar gəlir,*Oduma yanar gəlir.*
Səksənilliyə çağırmışdılarSon zamanlarda bizim aləmdə xeyir işlər çox olur. Ha görürsən bayramdır, yubileydir, məclisdir, mərasimdir, görüşdür. Bir yoldaşın yaxşı işindən, o birisinin ixtirasından, icadından söhbət gedir. Hamı da belə tədbirlərə, xeyir işlərə sevinir, ürəkdən sevinir, rəvac verməyə çalışır.Bu dəfə bizi dağ rayonlarından birinə, qocaman müəllim Paşa Quliyevin yubiley məclisinə dəvət etmişdilər.
Yoldaşlıq məhkəməsiMəhkəmə, müdafiə, mühakimə işi çətin, məsuliyyətlidir. Hər adam bacarmaz.Gərək səriştəli hüquqşünas olasan, yüzlərlə qanun kitablarını, əsasnamələri, qərar-qətnamələri vərəqləyib nöqtəsinəcən diqqətlə öyrənəsən. Bunların hamısını bənd-bənd, yaxşıca bilməmiş adamı məhkəməyə, hüquq aləminə qoymazlar.
Elçi kimiOtuzuncu illə r- Böyük Vətən müharibəsi ərəfəsində yazıçı briqadaları bütün rayonlara, o cümlədən Gəncəyə tez-tez gedirdi... Orada mahud, çit, yağ-sabun istehsalı müəssisələrində işləyən fəhlələrin sürətlə çoxalması, şəhərin respublikada ikinci sənaye mərkəzi kimi şöhrət tapması, fəhlə sinfi milli tərkibinin mürəkkəbliyi, beynəlmiləl tərbiyə işinin güclənməsi, cavanların sosializm quruluşuna sürət və vüsətlə cəlb olunması, ziyalılar arasında aparılan mədəni-siyasi işin həm şəkil, həm məzmunca dərinləşməsi bu gözəl, yaraşıqlı şəhərin ictimai həyatını coşqun bir çay məcrasına çevirmişdi. Burada tez-tez ictimai-mədəni yığıncaqlar, tədbirlər keçirilir və ədəbiyyat-sənət məclisləri təşkil olunurdu.Hələ iyirminci - otuzuncu illərin əvvəlində ədəbiyyat, mətbuat həyatı canlanır, diqqəti cəlb edir, gənc şairlərin, Səməd Vurğunun, Əhməd Cəmilin ilk şeirləri bu şəhərin qəzet, jurnallarında, almanaxlarında çap olunub yayılırdı. Həmin illərdə Gəncədə geniş maarif-məktəb şəbəkəsi, güclü müəllim ordusu, kamil darülmüəllimin, sənaye-ziraət texnikumu, kənd təsərrüfatı, suvarma institutları kimi təhsil ocaqları fəaliyyət göstərirdi.
İmtahan– Düzünü deyirsən?– Lap düzü belədir.
Möhür və məhəbbətIBəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.
İki dəfə doğulanlarDədə-babadan görmüşük ki, insan bir dəfə doğular, bir dəfə də ölər. Şah olsun, hambal olsun. Varlı, ya kasıb olsun. Adam bir dəfə doğular.Amma indi görürsən ki, bir dəfə nədir, elə adamlar var ki, iki dəfə, ya bir neçə dəfə doğulurlar. Özü də beləsi bir deyil, iki deyil, çoxdur. Uzağa getməyək, lap bizim qapıbir qonşumuz montyor Qələndər!
Qəm qəmi gətirər, dəm dəmi!Divar nəm yıxar, igidi qəm!*El sözü*
Axtaran taparAxtaran!Bunu nə cürə başa düşmək olar? Kim axtarır, nə axtarır, niyə axtarır?
Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.