Aşıq SonaMən bir sular sonasıyam,Meylim göllərə-göllərə.Tut qolumdan, apar məniSizin ellərə-ellərə.

Aşıq AlıBadi-səba, ərzim budu:Dəymə tellərə-tellərə.Seyrəqubu zəlil olub,Düşsün əllərə-əllərə.

Aşıq SonaQıyma nadana tuş olam,Qanadı sınmış quş olam,Sığal çəkəsən, xoş olam -İpək tellərə-tellərə.

Aşıq AlıQarşıdakı sarı laçın,Fələk qoymur qəddim açım.Gəl, səni götürüm, qaçımBizim ellərə-ellərə.

Aşıq SonaSona bəhrə-barın olar –Cavanlıqda yarın olar,Qocalıqda qarın olar,Salma çöllərə-çöllərə.

Aşıq AlıAlı deyər, bir gül əkdim,Gülün çox cəfasın çəkdim -İllərinən gözüm dikdimSizin yollara-yollara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri