Səhifə 5 / 11 · 36%

Ey Cəlalüddövlə, mən başa düşmürəm ki, bu süfəranın mö’cüzatı, ya kəramatı niyə elə xüms və hədiyyə və nəzr babətindən büruz edirdi? Bəhər surət! Ey Cəlalüddövlə, madam ki, sən və sənin həmməzhəblərin, elmi-təbiətdən və elmi-nücumdan xəbərdar deyilsiniz və madam ki, xəvariqi-adatı və mö’cüzatı mümtəni və qeyri-məqdur bilməyə sənin və həmməzhəblərin əlində bir qaideyi-elmiyyə yoxdur, sən və onlar həmişə xəvariqi-adatə və mö’cüzatə və caduyə və sehrə və məlaikəyə və cinnə və şəyatinə və divə və pəriyə və sair bu qəbil mövhumatə inanacaqsınız və həmişə cəhalətdə qalacaqsınız.

Elmi-təbiəti və elmi-nücumu bu məktubda sənə və sairlərə tə’lim etmək mümkün deyil; amma qaideyi-elmiyyəni bir növ ilə təqrir

+

etmək olur, yəhtəmil ki, ondan filcümlə bəsirət hasil edəsiniz.

Əvvələn biz görürük ki, bu aləm mövcuddur. Pəs bu mövcud ya özbaşına mövcuddur, öz qanunu ilə, yə’ni öz vücudunda bir başqa əcnəbi vücuda möhtac deyil. O surətdə biz müttəfiq oluruq vəhdətivücuda qail olanların bir güruhu ilə, Əbdürrəhman Cami kimi və Şeyx Mahmud Şəbüstəri kimi və [Ksenofan] Petrarq, [Monteskiyö]

++

və Volter firəngi kimi və deyirik ki: külli-kainat bir qüvveyivahidə və kamilədir, yə’ni bir vücudi-vahidi-kamildir, latühsa kəsəratda və müxtəlif əşkalda və ənvada zühur edibdir. Bilaixtiyar öz təhti-qanununda, yə’ni təhti-şürutunda. Məsələn, qanun budur ki, kişi gərək arvad ilə məqaribət etsin; onun nütfəsi arvadın rəhmində qərar tutsun. Doqquz ay tifl ananın rəhmində həyati-nəbati tapsın, sonra təvəllüd etsin və həyati-heyvani tapsın və hava ilə nəfəs çəksin və süt əmsin və nəşvü nüma etsin, cəvan olsun, qocalsın, sonra müzməhill olsun ki, biz ona mövt xitab edirik və cəmad aləminə intiqal etsin. Zihəyatda qanun budur, yə’ni şərt budur ki, ağacın həbbəsi gərək torpaq altına sancılsın, ona vaxtında su verilsin və gün və hava ona pərvəriş etsin, bitsin, balaca ağac olsun, sonra yekələnsin, illər ilə yaşasın, yemiş gətirsin, axırda qocalsın, qurusun, çürüsün, yıxılsın, tələf olsun. Nəbatatda dəxi qanun budur, yə’ni şərt budur.

Soruşacaqsan ki, bəs nütfə və həbbə əvvəl haradan peyda olur? Cavab budur ki, bu kainat bir qüvveyi-vahidə və kamilədir əvvəli də budur, axırı da budur; nə əvvəl ona sibqət edibdir, nə axır ona xa-

+++

təmə olacaqdır, zaman da onun mütəziyatındandır, məkan da onun təkəyyüfatındandır. Əgər deyəsən ki, vücudun öz-özünə ərseyi-zühura gəlməyi mahaldır, bu kainat gərək bir özgə vücudun iradəsi ilə zühur edə. Pəs haman özgə vücud da, bu dəlil mucibincə bəheysiyyəti ki, vücuddur, gərək bir başqa vücudun iradəsinə mövquf ola və haman başqa vücud da bir qeyri cüvudun xahişinə möhtac ola. Habelə nəhayətsiz; bu, təsəlsülə çəkər, ayağı bir yerdə bənd olmaz.

Əgər deyəsən ki, özgə vücud sahibi-qüdrətdir, pəs sahibi-qüdrət olmaq bir əmrdir mövcud ilə, o qüdrəti bu gördüyün vücudda bil; haman özgə vücud ki, mövhumidir, sənin əmin oğlu deyil ki, bu qüdrəti onda sabit edirsən, bu gördüyün vücudda rəva görmürsən. Pəs sənin çarən yoxdur, məgər inki, ancaq burada dayanasan, qulaq asasan, zira ki, sənin həvassi-pəncganən ilə bundan artıq bilmək olmaz. Bu surətdə, bu qüvveyi-vahideyi-kamilənin, bu vücudi-vahidi -kamilin kəsəratda zühur edən hər cüzvi xah kürati-səmaviyyə, xah kureyi- Ərziyyə və hər qism mövcud, vücudi-vahidə nisbət fərdən-fərdən cüzvdür, fərdən-fərdən zərrədir və tamam zərrat bir külldür və haman küll vücudi-vahiddir. Pəs bu vücudi-vahid, xaliq də özüdür, məxluq da özüdür. Pəs hansı zərrə, hansı zərrdən xahiş edəcək ki, filan əmri mənim müradımca bitir bəxilafi-qanuni-mə’lum? Və aya, hansı zərrə qadirdir ki, bu zərrənin xahişi mucibincə bu əmri bəxilafi-qanun mə’mul etsin? Dəxi tövzih ilə və misal ilə deyim: məsələn, hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, filankəsin başını sahibinin bədəninə müttəsil elə, dirilt? Və aya, hansı zərrə bu xilafi-qanun təklifi bitirməyə qadirdir və aya, hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, mənə min il ömür ver və aya, hansı zərrə qadirdir ki, bu növ xilafi-qanun xahişi əmələ gətirə bilsin?..

Şəmsin və qəmərin ki, – olar dəxi zərrədirlər, – qanunu budur ki, tülu etsinlər, işıq salsınlar, hər birisi müəyyən olan qanun ilə. [Aya] hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, şəmsi yox elə və qəməri şəqt et? Aya, hansı zərrə bu xilafi-qanun təklifi mə’mul etməyə qadirdir? Bizim kürəmizdə ki, Ərzdir, qanun budur ki, zihəyatın bir parası hava ilə, bir parası su ilə tənəffüs edir; aya, hansı zərreyi-zihəyati-ərzi və həvai, hansı zərrəyə gərək rücu etsin ki, məni məsafəti-həvadan fövqi-fələki-ə’laya süud etdir ya məni qə’ri-dəryada səyyar et? Və aya, hansı zərrədir ki, bu xilafi-qanun əmrə müqtədir olsun? Aya, hansı zərreyi-zihəyati-ərzi və abi, hansı zərrədən gərək təmənna etsin ki, məni sudan xaric yer üzündə həva içində gəzdir? Aya, hansı zərrənin bu təmənnanı bitirməyə qüdrəti var? Bizim kürəmizdə ki, ərzdir, qanun budur ki, külli-əcsam, gərək mər’i ya məhsus olsun, əgər mələk və cin və şeytan və div və pəri bizim kürəmizin əcsamındandırlar, gərək mər’i və ya məhsus olsunlar, əgər başqa kürələrin əcsamındandırlar, bizim kürəmizə nüzul edə bilməzlər. Ondan ötrü ki, hər kürənin qüvveyi-miqnatisiyyəsi, ya qüvveyi-cazibəsi var ki, öz üstündə olan mövcudata sair kürələrə nüzul və übur etməkdən manedir. Aya, hansı zərrə, hansı zərrədən gərək istid’a etsin ki, filan mələki mənim yanıma göndər və aya, hansı zərrədir ki, bu istid’anı icabət etməyə qadir olsun?

Bu qaideyi-elmiyyə mucibincə külli-xəvariq-adat, yə’ni küllixilafi-qanun əməl misli-mö’cüzat və kəşfükəramət və cadu və sehr və

+

rəml və cəfr və kimya mümtəne’ olur və külli-məlaikə bizim kürəmizdə və külli-əcinnə və şəyatin və div və pəri və buların əmsalı,

+

mövcudati-xəyali görünür.

Saniyən, bu bəyan olunan əqidəni qoyuruq kənara, qail oluruq ki, bu aləm mövcuddur vücudi-küllün vasitəsi ilə ki, mənbə’dir və cəmi mövcudat haman küllə nisbət cüzvdür; mövcün nisbəti dəryaya olan kimi, hübabın nisbəti suya olan kimi. Və cəmi cüzv ayrılıbdır haman külldən və vücudi-küll əsldir və vücudi-cüzv fər’dir. Bu fər’ genə əslə rücu edəcəkdir, yə’ni dərya təməvvüc edəcək, mövc qalxacaq, genə mövc pozulacaq, dəryaya ricu’ edəcək su hərəkət edəcək, hübab salacaq, hübab qübbələnəcək, sonra genə pozulacaq, suya vasil olacaq:

və həqiqətdə küll və cüzv, bir vücudi-vahiddir, zühur edibdir genə

+

bila-ixtiyar latühsa kəsəratda və müxtəlif ənvada və əşkalda zikr olunan qaidə üzrə öz təhti-qəvanində, yə’ni şürutunda.

*Bu surətdə biz müttəfiq oluruq vəhdəti-vücuda qail olanların başqa güruhu ilə [Brəhmən və] Şəmsi-Təbrizi kimi, Mollayi-Rumi kimi [və Spinozayi-yəhudi] və sair ürəfa kimi *. Necə ki, Mollayi- Rumi deyibdir:

Pəs bu cüzvlərin külldən zühura gəlməyində genə haman qaidə və qanun və şürut caridir ki, əvvəlki əqidədə zikr olundu və bu zühurda nə küllün ixtiyarı var, nə cüzvün. Pəs küll cüzvə, yə’ni özü-özünə necə deyə bilər ki, məni tanı: aya, küllün cüzvdən fərqi nədir? Bəqeyr-əzinki o külldür və bu cüzvdür; baş ilə əl kimi? Aya, küllün cüzvə və ya cüzvün küllə nə tərcihi var? Ondan ötrü ki, hər ikisi şey’ivahiddir, kəmali-qüdrətdə, məhz büruzi babında müəyyən olan qüvvənin və şürut dairəsində. Aya, cüzv külldən bir şey təmənna etsə, küll necə yerinə yetirə bilər? Aya, küll cüzvdən bir şey xahiş etsə, cüzv necə o xahişin əncamını bacarır? Çünki nə külldə ixtiyar var, nə cüzvdə. Aya, küll cüzvə necə təklif edə bilər ki, sən mənə sitayiş elə?

Aya, baş necə ələ deyə bilər ki, sən mənə ibadət elə, yə’ni şey’ivahid özü-özünə necə təklifi-ibadət edə bilər? Pəs mucid və mövcud oldu vücudi-vahid bir qüvveyi-qadirə və kamilə öz təhti-qəvaninində bilaixtiyar.

Bu qaidə ilə dəxi xəvariqi-adat və mö’cüzat və kəşfükəramat və sehr və cadu və rəml və cəfr və kimya və məlaikə və əcinnə və şəyatin və div və pəri və buların əmsalı olan mövhumi vücudlar ki, müxalifi-qanun xəyal olunurlar, mümkünatdan deyillər.

Vəhdəti-vücuda qail olanların əksəri bu əqidədədir. Budur o kəlmənin mə’nası ki, həqq-təala laməkandır, yə’ni şey’i-vahid öz-özünə məkan vaqe ola bilməz, budur o ayənin mə’nası ki:

Budur o hədisin mənası ki:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

20 dəq
Mirzə Yusif xana

Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.

6 dəq
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına

Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...

4 dəq
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

1 dəq

Başqa şairlərin şeirləri