Kəmalüddövlənin üçüncü məktubu
Səhifə 2 / 3 · 33%
Mən dedim ki, çox xoşhalam. Sabah da gedək axund Molla Rəhimin və’zinə.
Sabah getdik, oturduq. Axund Molla Rəhim çıxdı minbərə, əvvəl bu ayəni oxudu:
Hər aqilə pür vazehdir ki, ibadət mə’rifətsiz olmaz. Pəs
-dan murad -dur. Gərək biləsiniz ki, mə’rifət nə ilə hasil olur? Mə’rifət ancaq şeyxi-mərhumun mətalibini bilmək ilə və əimmeyi-ətharın məratibini tanımaqla hasil olur.
Xəyal edirsiniz ki, köhnə məzhəbdə və köhnə əqaiddə mə’rifət mümkün olurdu? Əslən və qət’ən! Cənabi-əqdəsi-ilahi firqeyi-isna əşəriyyənin səadəti üçün Şeyx Əhmədi-mərhum Bəhreynini mülhəm elədi, bu mətalibi ixfadan izharə çıxartdı və bu milləti cəhalətdən qurtardı.
Sonra axund Molla Rəhim başladı və’z verməyə.
Pərvərdigari-aləm külli-kainatı hər vücudun qabiliyyəti müqtəzasınca icad etdi.
Ey Cəlalüddövlə, fəramuş eləmə ki, bu surətdə qabiliyyəti-xilqət vücudə müqəddəm düşür. Yə’ni əvvəl həqq-təala külli-mövcudatı və məxluqatı xəlq elədi aləmi-zərrdə, kəmali-şüurda və ixtiyarda. O halətdə ki, heç birisi küfr və iman hökmünə məhkum olmamışdılar. Necə ki, həqq-təala xəbər veribdir.
Yə’ni xalq cümləsi bir nəsəq ilə idilər və heç əmrə məhkum olmamışdılar, pəs müxtəlif oldular, təklif səbəbi ilə və irsali-rüsul və inzali-kütüb ilə. Həqq-təala aləmi-zərrdə ki, bu aləmdən yetmiş min mərtəbə övsə’dir, təklif etdi:
Ey Cəlalüddövlə, hələ aləmi-zərrdə ki, bular özləri də hesab ilə gərək təzə xəlq olmuş olaydılar, görəsən bir belə tərcihə səbəb nədir?
Pəs xalq neçə firqə oldu. Bə’zisi iman və ixlas və mə’rifət və bəsirət üzündən dedilər ki, bəli, iman gətirdik və təsdiq etdik o zadı ki, bizə göndəribsən, əvamirdən və nəvahidən.
*Ey Cəlalüddövlə, bişək bular Təbriz əhli imiş.
Bə’zisi mə’rifət və bəsirət üzündən inad və nifaq pişə etdilər və dedilər ki, nəəm yə’ni sən bizim pərvərdigaramız deyilsən və Məhəmməd bizim peyğəmbərimiz deyil və Əli bizim imam və xəlifə və sahibi-ixtiyar və hakimimiz deyil və habelə onun övladı da.
*Ey Cəlalüddövlə, kaş deyəydilər ki, bulardan başqaları da bizim peyğəmbərlərimiz və imamlarımız və vəlimiz deyillər ki, elə bir yolluq hamısının yolu bağlanaydı. Və bə’zisi – əvvəlkilər tabe’ oldular imanda və təsdiqdə və iqrarda və lakin əvvəlkilər ki, sabiqundurlar və həqq-təala onların haqqında buyurubdur ki:
iqrar edibdirlər bil-əsalə və axırkılar ki, əshabiyəmindirlər və həqq-təala onların haqqında buyurubdur:
iqrar etdilər bittəbəiyyət. Pəs olar əvvəlkilərin şiəsidirlər. Və bə’zisi ikimcilərə tabe’ oldular inkarda və inadda, fəhm və bəsirət üzündən. Olar əshabi-şimaldır ki, həqq-təala onların şə’nində buyurubdur:
Və xalqın bə’zisi iqrar etdilər, yə’ni “bəli” dedilər ki,
olar anlamadılar və bilmədilər işi ki, kimə tabe’dirlər və kimə mətbudurlar; haqq kimdir və batil kimdir?
Pəs həqq-təala əvvəlkiləri xəlq etdi əla illiyin və əsl cənnət tinə-tindən və onların tabe’lərini xəlq etdi tinəti-məxzunə və məknunədən, əvvəlki tinətdən ənzəl. Məsələn: əvvəlkilərin tinətini cirmişəmsdən və tabe’lərin tinətini nuri-şəmsdən xəlq etdi. Pəs tabe’lər şiədirlər və cənnətə daxil olacaqlar və münkirlərin tinətini xəlq etdi siccin və əsfəlüs-safilindən. Pəs olar xəlq olundular zülmətdən və cəhalətdən və şeytənətdən və hümqdən və səfahətdən və külli-xəbasətdən, necə ki, həqq-təala buyurubdur:
və özgə yerdə buyurubdur:
Amma cahillər, pəs onların əmri müəvvəqdir, olara küfrdən və imandan bir hökm olunmayıbdır. Taki, dünyaya gəlsinlər və qəbulitəklif etsinlər, ya etməsinlər. Dünyada da cahil olsalar, qiyamətdə olara təklif olacaq. Pəs xəlaiqə aləmi-şəhadətdə ki, bu dünyadır, təklifi təcdid etdilər.
Hər şey mürəkkəbdir iki şeydən, birisinə qabil, birisinə məqlub dedilər. Qabildən mürad hey’ət və supətdir; məqlubdan mürad hey’ətin maddəsidir. Misal siracdır ki, onun maddəsi nardir və şö’ləsi hey- ’ətdir, əsəri nurdur və zülmətdir. Siracda nur və zülməti ehdas etməyə müəssir nardir və siracdaki şö’lə onun felidir ki, onunla nur və zülməti ehdas edibdir. Pəs siracın, yə’ni şö’lənin təzəvvüü və təhəqqüqü olmaz, məgər bəfe’li-atəş və nur və zülmətin, yə’ni əşi’ənin təhəqqüqü olmaz, məgər şö’lənin vasitəsi ilə. Pəs əşi’ə istimdadı bu şö’lədən edəcəkdir. Zira ki, atəş, əşi’ənin cəmi mayəhtacını şö’lənin yanında qoyubdur və ona əmr edibdir ki, bəqədri-mə’lum əşi’ənin hər birisinə əta etsin. Pəs şö’lə atəşin vəchi və babı tə’bir olunur ki, əşi’ə onun vasitəsi ilə atəşə təvəccöh edər və ondan mədəd alar. Əgər şö’lə olmasaydı əşi’ənin heç birisinə vücud olmazdı. Yə’ni əgər şö’lə olmasaydı, əşi’ə hərgiz məxluq olmazdı. Əşi’ənin xilqəti, yə’ni nur və zülmətin xilqəti vabəstədir şö’ləyə və şö’lədə dəxi müəssir nardir. Pəs nar bir xəzinə idi, gizlin, çün istədi ki, şünaxtə olsun və dost tutdu ki, zahir olsun, öz fe’lini zahir etdi qabiliyyəti-döhndə. Pəs siraci-vəhhac mövcud oldu. Pəs ona əmr elədi iqbal etsin əşi’ə tərəfinə və ehdas etsin onu. Sirac əşi’əni ehdas edəndən sonra əmr etdi əşi’ədən idbar etməyə və öz tərəfinə iqbal eləməyə və əşi’əni əmr etdi öz tövhidinə və şö’lənin risalətinə və buyurdu əşi’əyə ki: Siz hərgiz mənə vasil ola bilməzsiniz, məgər bu babdan ki, şö’lədən ibarətdir. Pəs cəmi əşi’əyə narin əsamisi deyilir və narin ismi-ə’zəmi şö’lədir ki, babi-feyzdir və heç mədəd nardən əşi’əyə yetişməz, məgər şö’lə ilə. Pəs hər vəqt ki, əşi’ə nari şö’lə vasitəsi ilə çağırar, müstəcab olur. Pəs şö’lə narin bəndəsidir, onu girami tutubdur. Şö’lə narə təqəddüm edə bilməz heç bir əmrdə və illa həlak olur. Zira ki, şö’lənin təzəvvüü yoxdur, məgər nar ilə və nurə və zillə imdad yetirməz, məgər nar ilə. Çünki bunu bildin, pəs fəhm et ki, siracda olan nar misaldır məşiyyətüllahdan və döhn misaldır qabiliyyəti-peyğəmbərdən səlləllahü əleyhi. Necə ki, həqqtəala xəbər veribdir:
Yə’ni yaxındır ki, qabiliyyəti-Məhəmmədi zahir və mövcud ola, əgərçi ona atəşi-məşiyyət yetişməmişdir. Bu işarətdir şiddəti-nuraniyyətə və səfayi-qabiliyyətə.
Məhəmməd səlləllahü əleyhin əqli və on dörd nəfər mə’sumun əqli onun övladından, əqli-vahiddir ki, müntəqil olubdur hər birisinə, bər səbili-tənavül və buna lisani-şər’də ruhülqüds və mələki-müəyyəd və mələki-müsəddəd və əmud-əznur də deyərlər. Pəs əvvəl şey’ – ki, qədəm daireyi-vücuda qoydu – nuri-Məhəmməd əleyhüssəlamdır və onun əhli-beyti-tahirlərinin nurudur. Budur peyğəmbərin qövlünün mə’nası ki:
Pəs mə’lum etdin ki, əşi’ənin heç birisinin qivamı və vücudu və təhəqqüqü olmaz, məgər sirac ilə və əzlalın dəxi təhəqqüqü və səbatı olmaz, məgər sirac ilə. Pəs əşi’ənin və zilalın bəqası olmaz bidunimədədi-sirac ilə. Pəs əşi’ədən ibarət o kəslərdir ki, aləmi-zərrdə öz xahişləri ilə iman gətiriblər və əzlaldan ibarət o kəslərdir ki, aləmizərrdə ixtiyarları ilə küfrü qəbul ediblər.
Pəs külli-kainat ibarətdir əşi’ədən və əzlaldan və külli-əşi’ə və əzlal mövcud və məxluqdur sirac ilə və sirac ibarətdir əimmeyi-mə’- sumindən və siracın əsəri nardəndir ki, ibarətdir məşiyyətüllahdan. Zinhar, zinhar belə təvəhhüm etməyəsən ki, əimmə vücudlarında müstəqildirlər, bəlkə olar möhtacdırlar və olar həqq-sübhanəhu və təalaya əbddirlər və həqq-sübhanəhu və təala mə’buddur.
*Və’z tamam oldu və axund Molla Rəhim minbərdən aşağı endi.
Ey Cəlalüddövlə, axund Molla Rəhimin təqriratı əgərçi istilahiqəribdir və qərib bəzehn deyil, amma masədəqi-kəlamından məfhum olur ki, Şeyx Əhməd Bəhreyni də vəhdəti-vücuda qaildir. Fəqət zatibari ilə əimmə arasında necə ki, İsmailiyyə-məzhəb Ələvilər ki, bir müddət Misirdə xilafət etdilər, bu əqidədə idilər, cümlədəndir Əlhakim billah-Ələvi ki, özünə mucid və xaliq mühyi və mümit ləqəbini itlaq etdirirdi və bu əqidədə təbəəsinin ünas və zükurundan özünə bey’ət və misaq aldırardı. Əgər Misrin İsmailiyyə-məzhəb Ələvi xüləfalarının əsrində təsnif olunan kütübə mülahizə olunsa, Şeyx Əhməd Bəhreyninin əqaidi küllən təsnifatın içində müşahidə olunur.
Xülasə, Şeyx Əhməd Bəhreyni əimmə ilə həzrət-bari arasında vəhdəti-vücuda mö’təqid olan nəzərə gəlir. Haman qərar ilə ki, məsihilər vəhdəti-vücudu əb və ibn və ruhülqüsdə fərz edirlər. Əgərçi şirkdən qorxub pərdəkeşlik edib, zinhar-zinhar ilə yaxasın qıraq çəkir və bəlkə bir növ ilə sirf vəhdəti-vücuda qail görünür *. Ondan ötrü ki, özü deyir: külli-kainat ibarətdir əşi’ədən və əzlaldan və külliəşi’ə və əzlal mövcud və məxluqdur sirac ilə, yə’ni sirac vasitəsi ilə büruz tapıbdır və sirac ibarətdir əimmədən və siracın əsəri nardəndir ki, ibarətdir məşiyyətullahdan; bu surətdə biz ki, əşi’ə, ya əzlal cümləsindən varıq və habelə əimmə ki, şö’lədirlər, zühur tapmamışıq, məgər narin zatının təqazasi ilə. Zira ki, şüa və zill və şö’lə həmişə vücudi-nardən peyda olurlar, nə başqa şeydən. Pəs külli-kainat vücudi-nardən ki, ürəfanın istilahınca vücudi-külldür naşi olubdur və zühur tapıbdır kəsərəti-latühsadə və əşkal və ənvai-müxtəlifədə bilaixtiyar. Yə’ni birisi şö’lə surətində ki, bərfərz əimmədir, birisi əşi’ə və əzlal surətində ki, bərfərəz bizik. Pəs biz bir qüvveyi-kamilə və qadirədən ki, nardir, büruz peyda etmişik. Əgər o qüvvə olmasaydı, biz dəxi olmazdıq. Əgər biz olmasaydıq, o qüvvə dəxi olmazdı, yə’ni şö’lə və şüa və zill olmıya, həqiqəti-nariyyət zaildir. Nə o qüvvənin bizdə təsərrüfi-ixtiyarisi var, nə bizim o qüvvədə təsərrüfi-ixtiyarimiz var. Bu vəhdəti-vücuddur. Dəxi nə istəyirsən?
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-kemaluddovlenin-ucuncu-mektubu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
TərifnaməEy Keyqubad taxtında əyləşən!Şahlığın onda həmişəlik olsun.
VandaMüsəlmanlar! Orda-burda az danışın yalanı,Gəlin həqqi unutmayın, insaf eyləyin bir az!
Zakirə məktubQasım bəy, eşitdim yaxın olubsanXan qızına, axır nədir bu rəftar?