Qafqaz canişini baş idarəsi dəftərxanasının direktoru, həqiqi dövlət müşaviri həzrət-əşrəf Nikolay İvanoviç Baranovski cənablarına

9 aprel 1874, Tiflis

Mənim 20 yaşında olan oğlum Rəşid bəy Axundzadə 2 il bundan qabaq Tiflis klassik gimnaziyasının tam kursunu bitirərək, elmləri öyrənməsinə dair lazımi attestat almışdır. Hazırda o, mənim şəxsi himayəmdə xaricə, Belçika məmləkətinin paytaxtı olan Brüssel şəhərinə getmək və oradakı mühəndislik məktəbinə daxil olaraq, bu ixtisası öyrənmək arzusundadır. Buna görə də mən siz zati-aliyə müraciətlə acizanə xahiş edirəm ki, Qafqaz canişini Baş idarəsinin rəis cənabından siz mənim oğlum üçün Belçika sarayındakı rus elçisinin üstünə göndərilən bir tövsiyə məktubu alasınız və bu yolla da bütün təhsil müddətində mənim oğluma iltifat üzündən himayə göstərməsini xahiş edəsiniz.

Polkovnik Mirzə Fətəli Axundzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nikolaiyə

1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti**Əziz və əzəmətli dostum müsyö Nikolai!

1 dəq
Nikolaiyə

1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması**Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin!

2 dəq
Mirzə Məhəmmədrəfi Sədrül-üləmayə

Cənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin!**Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram.

6 dəq
Əzəmətli ağam!

Filan ilin filan ayında mən öz böyüklərimin icazəsi və dövləti-əliyyeyi İranın baş konsulu vasitəsilə maarif naziri həzrət-əşrəf Əliqulu Mirzəyə öz tərtib etdiyim həm keçmiş, həm də yeni nüsxələrdən ibarət yeni əlifba layihəsini, habelə cənab Ruhül-qüdsün tərtib etdiyi layihəni göndərərək, xahiş etmişdi ki, Maarif Nazirliyində bu məsələni müzakirə etsinlər və nəticəni isə öz rəyləri və fikirləri ilə bərabər, mənə bildirsinlər. Bu günə qədər Maarif Nazirliyindən bu xüsusda mənə heç bir cavab yetişməmişdir. Ona görə də mən sizdən xahiş edirəm ki, haman yazıları Maarif Nazirliyindən geri alasınız...Qafqaz canişini Baş idarəsi depar-*

1 dəq

Başqa şairlərin şeirləri