Röyasını görmüşdüm
Mən röyada nazlı yarın
Tellərini örmüşdüm.
Bu sevincli zamanların
Röyasını görmüşdüm...
Elin dalğın olduğu gün
Xülyam məni güldürdü.
İnanmayan imansızın
Dərdi məni öldürdü.
Bir zaman çün bizim günəş
Qara tüla sarıldı.
Hər kəs ondan ümidsizkən
Mənim könlüm darıldı.
Unudaraq kor sevdanı
Yaşıl söyüd dallarında,
Mənim gözüm ilk aradı
"O"nu Turan yollarında.
Bir gün oldu... Bizimkilər
Oldu bizi bəyənməz.
Mən dedim ki: millətimin
Sarmayası tükənməz.
-5 avqust, Hacıkənd*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-royasini-gormusdum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevda yollarında ağlamayan kəs,Dünyanın zövqünü duya bilərmi?
Yarımın sevdası gəzir başımdaYarımın sevdası gəzir başımda,Min səsli, sədalı telə bənzəyir!
Qəm, kədər çəkənə gün nə gərəkdirQəm, kədər çəkənə gün nə gərəkdir?Həqiqət sevənə xəyal nə lazım?
Sən güldükcə mən ağlaram, mən ağlaramSən güldükcə mən ağlaram, mən ağlaram!Sən susduqca mən çağlaram, mən çağlaram!
Başqa şairlərin şeirləri
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Sən naz ilə bir söz dedin, ey can, başa düşdümSən naz ilə bir söz dedin, ey can, başa düşdüm,Əğyarə olan meylini pünhan başa düşdüm.