Unudulmuş sevda
Soruyorsan: səni sevdaya salanNerdədir şimdi o qızlar gözəli?Bən unutmuşdum o sevdayı inan,Duyğusuz qolbi dövranın əli;Bəni sarsıtdı, unutdum adını,Bana gəl sorma o solğun qadını?!
Bəni pək gənc ikən ağlatdı zaman,Çəkərək pərdə o xoş mənzərəyə.Bənim ilk eşqimi ilk əldə haman,Kümdülər, bilmədim əmma nerəyə!Onu döndərdi xəzan yaprağına,Nə deyim bən o yerin toprağına?!
Anlaşılmaz düşünüb, söylədiyim,Nə durur qəlbim, o gündən, nə duyar!Bən ki, hala yenə sərsəm kibi,Yenə qəlbimdə o dərdin izi var!Lənət ömrün bu ağır illərinə!Qıydı bir şuxun ipək tellərinə!
Bir soran yoxmu o zalim fələyə,Bu bənim gəncliyimin qatilinə;Niyə qıydın sən o solğun mələyə?Bu vurub yıxmağının qayəsinə?Nə deyim, böylə bu mənasız işə?Sonu yox, sıtmalı, sərsəm gedişə?!.
-Əhməd Cavad. “Maarif və mədəniyyət", may, 1924, №5*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-unudulmus-sevda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Ata çıxan ağacı oğlu budaq-budaq gəzərDünən gecə bikar qaldığıma görə durdum ayağa, bayır-bucaq pal-tarımı geyib başımı bulaya-bulaya qətiteyyi-mənzil edib getdim yetişdim
Küsdüyüm baharYenə gəldi könlümün küsdüyü bui lk bahar,Yenə açdı, şerimə ruh verməyən çiçəklər…
Didüm ki lebün didi ne şîrîn söylerDidüm ki lebün didi ne şîrîn söylerDidüm ki bilün didi ne nârin söyler