Azərbaycanda Zərdüşti adətləri
Səhifə 2 / 2 · 50%
Duvaqqapma
“Duvaqqapma” adəti gəlin gələndən üç gün sonra icra olunur. Taxt qurulur, xalılar və püştələrlə döşənmiş bu taxtda üzüqoylu çöndərilmiş bir teştin altında şam yandırılır, gəlini teştin üzərində əyləşdirirlər, başına incə cunadan bir duvaq salırlar. Sonra başına şirni tökürlər və şirnini ətrafdakı qız-gəlinlər və çocuqlar qarpışıb yığışdırırlar. Bu anda çocuqlardan birisi oxlovla duvağı qapır, həyətə qaçıb barlı bir ağacın üzərinə atır.
Kiçik görünən bu Azərbaycan adəti böyük bir şərhə möhtacdır. Əvvəla adətin toydan üç gün sonra icra olunmasına diqqət etməlidir. 3 rəqəminin müqəddəs olduğunu əvvəlki məqaləmdə söyləmişdim. Bu rəqəm türklər tərəfindən də mənimsənmiş və “ərənlər üçü demiş” de-
Şeferin Parisdə basdırdığı nüsxədən istifadə etdim (müəllif).
Həcv
Azərbaycanda təbabət hər şeyi “istilik” və “soyuqluq” deyə ikiyə ayırır. Məsələn,
istiot, şirniyyat istilikdir, qarpız və kartof soyuqluqdur (müəllif).
Məsudi. “Mürəvvicü-zəhəb” (müəllif).
yə xalqın ruhuna yerləşdirilmişdir. Şam Zərdüştün nuruna, ocaq və bina salmağa işarədir. Xalılar və taxt gəlinin ev olub yaşamasının, şirni irəlidə dadlı və xoşbəxt vaxt keçirməsinin, duvaq bəkarətin rümuzu olmalıdır. Duvağın barlı ağaca atılması gəlinin övlad sahibi olması arzusunu ifadə edir.
Duvaqqapma adəti şübhəsiz ki, ilhamını “Avesta”dan alır: bu kitabda hava və yel pərisinə həsr olunmuş bir duada deyilir: əllərində “barəsm” ərə verilməmiş gənc qızları bol töhfələrlə, altun taxt, yaldızlı xalı, qızıl yastıq üzərində onun (hava və yel pərisinin) dərgahına gətiririk.
Hava və yel pərisi zərdüştilərin etiqadınca yıxan, dağıdan və eyni zamanda tikən, ehya edən və səadət bəxş edən olduğu üçün, gənc qızlar onun himayəsinə verilir. Duvaqqapma ərə getmiş qızın bilfel hava və yel pərisinin dərgahına gətirilməsini və onun himayəsinə tərk olunmasını göstərir.
Ölüyə qüsl verilən yerdə şam yandırma
Azərbaycanda ölüyə qüsl verilən yerdə üç axşam şam yanar. Bu adətin tarixi belədir: zərdüştilərcə ölünün ruhu üç gün üç gecə himayəsiz qalır. Dördüncü gün mehr (işıq pərisi) dağları işıqlandıranda ədalət məhkəməsi qurular və ruhlar himayəyə alınar. Üç ilk gecə divlər ruhları fənalığa sövq etməyə çalışarlar. Divlər qaranlığın məxluqu olub, işıqdan qaçdıqları üçün, ölü sahibi ya meyitin yanında və yaxud qüsl verilən yerdə şam yandırır ki, ədalət məhkəməsinə qədər ruhu divlərin təcavüzündən mühafizə eləsin.
Çillə
Çillə “çehil”in zəbanzədi olmuşdur, “qırx” deməkdir. Fənalıq gətirən mövhum qırx pərilərə aid olmalıdır. Ən çox samilərdə təsadüf olunan qırx rəqəmi bilaxirə arilərə və türklərə keçmiş olmalıdır. Hər
Barəsm barlı ağacın budaqlarından bağlanmış bir dəstəyə deyilir ki, əsli “bariasiman” olmalıdır.
Zərdüşti ruhaniləri ibadət edərkən əllərində “barəsm” tuturlar (müəllif).
“Xırda Avesta” (müəllif)
halda Azərbaycan əfsanələrində istər doğrudan-oğruya, istərsə “çillə” şəklində işlənməkdədir. Məsələn, bizlərdə qışın ilk gününə “böyük çillə”, sonra gələn iyirmi günə “kiçik çillə” deyirlər.
Xalq arasında “çillə” ağırlıq mənasındadır. İnsan bir müşkülat qarşısında qaldıqda rümuzi bir ayin icrasına qalxışır ki, ona da “çillə kəsmək” deyirlər. Adətən əl və ayağın baş barmaqlarını ipliklə üç dəfə bağlarlar, uclarından su axıdarlar, sonra ipi kəsərlər. Kəsən adam adəti ifa edərkən bu sözləri söylər: “Həzrət Süleyman eşqinə, çin qızı Mərcan hökmünə, bəni-adəmdən, bəniheyvandan, çindən, şəyatindən, axar sudan, köklü ağacdan, dibli qayadan, yeddi yolun ayrıcından – hər kəsin çilləsinə düşmüşsənsə, çilləni kəsdim”.
Bu sözlərdən görünür ki, çillə arilərə qarşı gələ bilən bəlaları dəf etmək üçün qurulmuş bir ayindir.
Bu bəla nə tərəfdən gələ bilərdi? “Həzrət Süleyman, çin və şəyatin” – sözləri bəlanın samilərdən və bilxassə ərəblərdən törəyə biləcəyini andırır, çünki div arilərə məxsus olduğu kimi “cin və şəyatin” də samilərə məxsus fənalıq pəriləridir.
Burada anlaşılmaz bir nöqtə var ki, o da axar su, köklü ağac, dibli qaya və yolayrıcının işə qarışdırılmasıdır. Bunlar zərdüştilər tərəfindən təqdis edilən amillər olduğu halda cinlər və şəyatinlər cərgəsinə qoyulmuşdur.
Bu adətin bir çox təsirlərə düşüb pozulduğunu göstərir.
Şər vaxtı
Azərbaycanlılar toran qovuşan vaxta “şər vaxtı” deyirlər. Zərdüştilərin kainatı nurla qaranlığın mübarizəsindən ibarət bildiklərini söyləmişdim. Bu mübarizə hər axşam toran vaxtı təkrar olunur: gündüzlə gecə çarpışır, axırda gecə və qaranlıq işığa qələbə çalır. Işığın məğlubiyyəti “şər” ədd olunur. Xalq adətincə “şər vaxtı” bikef olmaq, əli qoynunda durmaq, çocuqları ağlatmaq və çıraq yandırmamaq günahdır, çünki şər və fənalığa qarşı mətanətlə durmaq zərdüştilərin başlıca ehkamındandır. Bunu qışa qarşı edilən “kövsəc” nümayişində də gördük.
“Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır” – məsəli də yuxarıda zikr olunan fəlsəfəyə isnad edir.
Ab, atəş, xak, bad
Ənasiri-ərbəə deyilən bu dörd amil xalqımız arasında təqdis olunur. Bunların içində böyük bir qüdsiyyət daşıyan od və axar sudur. Ocağa və çırağa and içərlər, suyu murdarlamazlar. Novruza yaxın çərşənbələrdə sabah erkən axar su üstə çıxarlar, çillə kəsdirərlər və i.a. Qız ərə gedərkən onu ocağın başına dolandırarlar, çərşənbələrdə tonqal qalarlar.
Bu adətlərin haralardan başlandığını izah etmək üçün bir az tarixə doğru dönməliyik. Qədim yunanın məşhur müvərrixi Herodot Iran adətlərini təsvir edərkən deyir: “Parslar günəşin, ayın, torpağın, odun, suyun və havanın şərəfinə qurbanlar gətirirlər... Onlar çaya tüpürməzlər və bövl etməzlər və kimsəni də bu hərəkətləri eləməyə buraxmazlar, çünki çayı təqdis edərlər.
Herodotun təqribən iki min beş yüz il bundan əvvəl təsvir etdiyi adət bu gün eynilə aramızda yaşayır: suya tüpürmək və bövl eləmək, odu murdarlamaq xalqımızca günah sayılan əməllərdəndir.
Ənasiri-ərbəəyə qədim yunan fəlsəfəsində də təsadüf edirik. Empedoklun nəzəriyyəsincə yaradılışda baqi olan dörd amil var: od, su, hava, torpaq. Bunlar var idi, var və olacaq.
Şübhəsiz ki, Empedokl fəlsəfəsini Irandan əxz etmişdir, çünki ondan əvvəl yaşayan Herodot bu fəlsəfəni Iranda kök salmış bir adət kimi təsvir edir.
Irandan əvvəl də bu nəzəriyyə Kürlə Araz çaylarının arasında doğulmuş olacaq, çünki Midiya dövlətini inqiraza uğradan parslar, Midiya və Azərbaycanın din və ayinlərini və bütün mədəniyyətini iqtibas etdilər. Zərdüştiliyi Irana bəxş edən azərbaycanlılar (muğlar) Irandakı müəssisələri əsrlərcə idarə etmişlər. Hətta bəzən hökuməti də ələ almağa qalxışmışlarsa da, müvəffəq olmamışlar.
1927
Historue Herodote, birinci kitab (müəllif)
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-azerbaycanda-zerdusti-adetleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
XALQ ƏDƏBİYYATINDA BƏŞƏRİ TƏMAYÜLLƏR*Xalq ədəbiyyatı ağızdan-ağıza keçib nəsildən-nəslə intiqal edən ədəbiyyata deyilir. Bu tərif haqqında bütün müdəqqiqlərin rəyi bir kimi görünür. Lakin xalq ədəbiyyatı deyilən bu el fikrinin məhsulu kimə və hankı xalqa məxsusdur deyildikdə, bir az çətinlik çəkilir. Çünki bir xalqın arasında məruf olan bir parça, istər şəkil, istərsə mövzu etibarilə başqa xalqların arasında da görünmədədir. Nağıl, atalar sözü, tapmaca kimi xalq ədəbiyyatının növləri bir çox xalqların ədəbiyyatında da mövcuddur. Şəkil kənarda dursun, müəyyən bir mövzu belə bir çox millətlərin arasında dolaşıb durmadadır. Məsələn: “Skazka” adı ilə məşhur “O xitrosti Didoniya” rəvayəti dünyanın hər bir tərəfinə yayılmış bir hekayədir. Öküz və yaxud inək dərisi böyüklükdə bir yer istənilir, sonra dərini kəsib qayış şəklində geniş bir torpağın ətrafına çəkir, yeri işğal edirlər. Rəvayət bundan ibarətdir.
Xalq ədəbiyyatının təhliliXALQ ƏDƏBİYYATININ TƏHLİLİ*Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.
Vəsfi-halVƏSFİ-HAL*Xalqımız arasında novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal salmaq kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı.
AğıAĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Başqa şairlərin şeirləri
Səsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedimEy dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
سرخوشانی که شراب لب مستانه زدندسنک بر جام و خم و ساغر و پیمانه زدند
AtlılarınAtlıların keçdiyi yerTapdalandı, toza batdı.