Həyatımın 20 ili
Səhifə 6 / 10 · 50%
Bu tarixi vəqənin təmsili ilə bərabər, bir də vəqəyə qarşı olan əlaqə göstərilərdi, vəhşi cəhət də burada idi. Əyinlərinə ağ kəfən geymiş kişilər geniş dairə təşkil edərək, xəncər və gorda ilə başlarını yarıb, qanlarını kəfənə axıdardılar. Arxası açıq qara don geymiş gənclər zəncir qamçılarla arxalarına vurardılar, dərilərinə ox, dairəvi cib güzgüsü, qıfıl, xəncər, kotan dəmiri sancılmış ələmdarlar zorla nəfəs ala-ala
Çadır, alaçıq
yüyürərdilər, açıq sinələrə əl və bəzən iri daşla vurulardı. Qan coşduran zikrlər söylənərdi...
Ağköynək, ələmdar, zəncir və sinə vuran dəstələri gördükdə insanı dəhşət qaplayırdı.
Bu vəhşi adəti aradan qaldırmaq üçün etirazlar başlanmışdı: tələbələrin iştirakı yasaq olmuşdu, məclislərdə ehtiyatla da olsa tənqid meydan alırdı. Bu sahədə ən təsirli söz maarifçilər arasında böyük nüfuz qazanmış Şeyx Hüseynin idi. Bu adamın çox maraqlı tarixçəsi vardı: şəhərin məşhur igidlərindən olaraq əsil adı Kərbəlayı Dadaş imiş. Bir cinayət işləyib Irana qaçır və orada dəruni böhranlar duyaraq tutduğu işlərdən peşman olub, təhsilə gedir. Neçə il keçmiş Şeyx Hüseyn adı qəbul edərək, şəhərə dönmüşdü. Aşağı məscidin bir hücrəsində oturub, pəhrizkar bir həyat sürür və başına toplanan gənclərə mədəniyyət fikirləri aşılayırdı. Gənclik arasında böyük nüfuzu vardı. Şeyx Hüseyn aşura büsatının əleyhinə açıqdan-açığa çıxan ilk molla idi...
Həyat yolu ilə gedir, ailəmiz də öz işi ilə məşğul idi. Ancaq evimiz artıq vecdən çıxmışdı, zavallı anam ora-burasını yamamaqdan, suvamaqdan yorulmuşdu. Taxtapuş çürümüş, aylarca göydən süzülən yağmura müqavimət göstərə bilmirdi... Yağış yağanda palazlar yığılır, hər yerə qab-qacaq düzülürdü.
– Dam, dam, dam... – damcı aramla başlayır, sonra cim, cim, cim...
süzülür.
– Ay uşaq kasa qoy.
– Cırr...
– Qoyma, töküldü, ləyən hanı?.. Zəhrimara qalsın, – oradan da damır, tez ol cin qazanı gətir.
– Dam, dam, cırr...
– Dim, dim, dim...
Damcılar axır. Qəfəxanada ehram şəklində bir-birinin üzərinə düzülmüş qazanlar, dolabdan mis kasalar, piyalələr, nimçələr çıxır, otaq isgər dükanı şəkli alır. Biz də pal-paltarımızı toplayıb künclərə sığınırıq.
Bizim üçün böyük əyləncə təşkil edən bu mənzərə anam üçün faciə idi. Gözləri yaşararaq şikayətlənir:
-Kişi varı olan zaman bu günü yadına salmadı.
Demədi dost var, düşmən var. Gündə bir qonaqlıq, oxu yan, çalan... yedi, içdi, məni bu günlərə qoydu. Yerdə qalanını da bəylərə verdi...
Anam deyinir, ağlayır, damcıların önünü almaq üçün yeni qablar düzür, biz də deyib gülürük, damcıların səsində mahnılar duyuruq...
Yeni ev tikdirmək lazımdır. Düşünüb daşınırıq. Məsələni atama da anladırıq. O razıdır, ancaq pul yoxdur. Borc alarıq, ağır sələmlərə dözərik, ancaq ev olsun. Qaçan Hacıməmməd çağrılır, bu adam hər sahədə mütəxəssisdir: aşura tamaşasına rəhbərlik edər, şifahi də olsa ev planı çəkər, ediləcək məsarifini təyin edər.
Hacıməmməd əlinə uzun ağac götürüb ölçüb-biçdi, hesabladı.
Plan hazır idi: bir kəllayi, bir də on bir arşın uzunluqda bir xeyir-şər otağı, kəllayinin qabağı artırma, altda da zirzəmi. Vəssalam. Altı yüz manat pul lazımdır.
Hacı gedir. Ailə üzvləri oturub, götür-qoy eləyir. Nə olur-olsun, zəngin bir bibioğlumuz vardı, ona müraciət edirik, vermir, ancaq onun vəsatətilə bir ayrı tacirdən böyük sələmlə pul alırıq. Bibioğlunun bu siyasətini yalnız tacirlər anlaya bilərlər, öz doğma dayısından sələm almağı özünə güvara bilmir, sələmsiz də pul vermək tacirlərdə dəb deyil.
Nə isə ev tikilib qurtarır, içinə daşınırıq, ancaq qapılarına, tavanına, döşəməsinə pul çatmamışdır. Evə qarovul çəkməyə başlayırıq. Zavallı anam gecə sabaha qədər çırağın dibində oturub papirosu papiros dalınca çəkir. Oğrular da qonşu evdən keçib, damın üstündə dolaşır, aşağı enməyə məqam gözləyir. Ayağının tappıltısını eşidirik, torpaq tökülür. Bir də damdan bir dəlik açılır, oğru evi yoxlayır. Qorxudan yorğanın içinə çəkilib əsirəm. Anam başını tavana tərəf çevirib, tapancanı yuxarı qaldırır:
– Arvad xeylağına sataşmaqdan utanmırsanmı? Sən kişisənsə, aşağı en, – deyir.
Anamın mətanətli səsi bir an otaqda cingildəyir. Yenə ayaq tappıltısı gəlir, oğrunun qonşu evə tərəf getdiyi duyulur.
Utandımı? Qorxdumu? Kim bilir. Oğru getdi, amma qorxusu canımızdan çıxmır, sabaha qədər yata bilmirik...
Atam aranda yanırdı, indi yayları belə gələ bilmirdi. Necə də gələydi: evin qapı-pəncərəsi qayrılmalı idi, altı baş külfət saxlanmalı idi.
Zavallı kişi beş il bu borcun altından çıxa bilmədi, sələm sələm üstündən gəlirdi, altı yüz manat əvəzində min beş yüz manat verib, bir təhər borcdan üzüldü.
Evimizin qarşısındakı sallaqxana quzulayıb uçmuşdu, onun yerini həyətə qatdıq, gözəl bir bağça saldıq. Şuşada gülbazlıq çox dəb idi, məndə də gülçülüyə həvəs oyanmışdı. Rusiyadan toxum gətirdib əkərdim. Sallaqxananın münbit torpağında nələr bitməzdi?
Qışı otaqda, yazı bağçada keçirərdim. Xoş havalarda artırmanın başqa hüsnü vardı. Küçədə evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər, saz və qarmon çalınardı. Nə oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı və şikəstə oxurdular ki, adamın gözləri yaşarardı. Vaqif və Zakirin vətəni olan bu şəhərə təbiət şeir, musiqi və şərqi ilhamı bağışlamışdı. Qafqazın bütün adlı-sanlı türk xanəndə və sazəndələrini bu şəhər yetirərdi. Məşədi Isi, Hacı Hüsü, Qaryağdı oğlu Cabbar, Əbdülbağı, Seyid, Islam kimi oxuyanlar, Sadıqcan kimi çalanlar Şuşada yetişmişdir. Oxumaq və çalmaq sənətində bu ustaların böyük xidmətləri olmuşdur. Beş simli tara altı sim də artırıb, bugünkü şəklə salan Sadıqcan olmuşdur. Bu adam tarı pərdəsiz də mükəmməl çalardı...
“Quyluq” deyilən bir təpə idi. Bu təpənin yerində vaxtı ilə hamam varmış. Cin görünmüş deyə, oranı zibil və peyin altında basdırmışdılar, təpə əmələ gəlmişdi. Yeniyetmə oxuyanlar aydın gecələrdə buraya toplanıb zümzümə edərdilər.
Yayda şəhər daha da qələbəlik olardı, arandakılar şəhərə dönür,Azərbaycanın başqa şəhər və kəndlərinə yayılmış ziyalılar gəlirdi.
Yay toy mövsümü deməkdi. Toylar başlanırdı. Bu da vara bağlı idi, zənginlər həyətlərində böyük mağar qurub nağıllarda söylənən kimi, tam qırx gün, qırx gecə toy elərdi. Gülablı kəndindən aşıqlar çağırılardı, şəhərin bütün oxuyan-çalanları yığılardı, qulplu qazanlarda plov bişərdi, toy böyük dəbdəbə ilə keçərdi. Əvvəllər ağ duvaqlı gəlin və iki yengə atda gedər və cehizlər də qatırlara yüklənərdi. Məşəllər yandırılar, zurnalar çalınardı. Şəhərdə ildə bir yeni hava çıxdığı üçün son və mod hava çalınardı. Bu havalardan biri zorla yadımdadır:
Mən gedirdim yarım çıxdı qa-baqdan,
ay balam, qa-baqdan;
Yarın şövqi məni saldı da-maqdan,
ay balam, da-maqdan.
Laylay, bala, laylay,
Laylay, gülü, laylay,
Laylay, quzu, laylay...
Musiqi bu havanı çalır, yüzlərcə adam ağız-ağıza verib oxuyur və əllərindəki daşları bir-birinə vururdu.
Ailəmiz mütəvaze bir həyat sürərdi. Nə biz qonaq gedər, nə bizə qonaq gələrdi. Atamın vaxtı ilə çox qonaqlıq etmiş olduğunu anam sərzənişlə söylərdi. Mən yalnız son ziyafəti xatırlayıram, atam şairə Fatı xanım Kəminəni qonaq çağırmışdı. O axşam yadımdadır, uzunuzadı münaqişə oldu. Böyük qardaşım Iran şahlarının əleyhinə danışır, Kəminə onları müdafiə edirdi, Kəminə çarşab örtər, amma üzünü gizləməzdi, şairlər və ədəbiyyat maraqlıları onun evinə toplanardılar. Yadımdadır bir xüsusiyyəti vardı: turş şeyləri çox sevərdi, atam bunu bilir və Ağdamdan bir-iki dəfə ona gülöyşə nar göndərmişdi.
Atamın ikinci arvaddan olan qızı bibim oğlunda imiş, çocuğu olmadığı üçün bunu boşayıb, yerinə o biri bibimin qızını almışdılar. Bu məsələ üstdə qohumlar arasında ziddiyyət düşmüşdü, gediş-gəliş kəsilmişdi. Bizim gedəcək yerimiz yalnız babam (anamın atası) Seyid Hüseyngil idi. Babam olduqca talesiz bir adamdı. Arvadı iflicə tutularaq 17 il yataqda qaldıqdan sonra ölmüş, iki yetişmiş oğlu və iki qızı eyni xəstəliklə əlaqədar olaraq ölmüşdü. Yalnız bircə oğlu qalmışdı, onu evləndirmiş, ondan bir qız nəvəsi olmuşdu. Özü olduqca tənbəl və inad adam idi. Hələ çocuq ikən o qədər tənbəl imiş ki, uşaqlar onunla dalaşarkən əyilib yerdən daş götürməyə ərinərmiş. Bu dərddən anası həmişə cibinə daş qoyarmış ki, götürüb atması asan olsun. Atam varlıolan zaman buna böyük məscidin yanında bir əttar dükanı açmış. Bir il sonra hesaba oturmuşlar, atam görmüş ki, kişi şeylərin hamısını nisyə buraxmış və borcluların adını heç yerdə qeyd etməmişdir. Dükan qapanmış. Bir dəfə də maya verib Təbrizə göndərmiş. Babam Təbrizdə düşünüb, daşınıb bir neçə dəvə yükü çiriş almış. Yolda çirişi yağış vurur, günəş vurur, çuvallar kəsəyə dönür. Yalnız çiriş deyil, çuvallar da çirişə yapışıb xarab olmuş.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-heyatimin-20-ili
Müəllifin digər əsərləri
Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Lüzumsuz arzu üçünİki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.
Başqa şairlərin şeirləri
Ov bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,
Çağır məniNə zaman ki, bir həsrətdən yandı sinən,Nə zaman ki, yollar üstə dayandın sən,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
AlmasınBimürvət yar məni candan elədi,Tutubdu dəstində ay ağ almasın.