Səhifə 6 / 6 · 83%

– Bilirəm. Ancaq hərdən gicləməyim də olub. Bayaq özün dedin.

Nağı maşının aşağı yanında, kabinanın dal tərəfində, küncə qısılıb oturmuşdu. Büzüşmüşdü, balacalaşmışdı. Kabina ilə kuzovun arasındakı şüşədən düşən zəif işıqda, onun onsuz da qara sifəti, həmişəkindən də xeyli qara görsənirdi. Və görən, bu nə sirr idi ki, Nağının sir-sifəti Kərimin nəzərində yenə dəyişdi, doğmalaşdı. Bu adama Kərimin axı nəyə görə yazığı gəlməli idi – o ki azca əvvəl Nağının insan olduğuna ölənəcən şübhə eləməyə hazır idi.

Əgər Nağı bircə kəlmə xoş söz desəydi, indi Kərim Nağı ilə sevinə-sevinə barışardı. Ancaq Nağı o xoş sözü demədi.

– Bu öküz əqidəsiynən, tutaq ki, bir mərtəbə də dırmaşıb, doktor oldun, bəs sonra neyləyəcəksən?

Kərim:

– Sənin kimi məsləksizin hesabına doktor olanların anasını ağladacağam! – dedi. Və son bir neçə il ərzində məhz indi, ilk dəfə o, elmlər doktoru olmağa ürəyində bir isti həvəs duydu, ehtiyac hiss elədi.

Nağı yerində qurcalanıb, yönünü Kərim tərəfə döndərdi.

– Bəli! – dedi. – Xalis öküz əqidəsi! Day bunun bundan o yanı yoxdu... Nədi? Nə dişlərini ağardırsan?

– Neynim, gülməlidi də... Bilsəydim ki, məndən nə istəyirsən, yenə dərd yarı idi.

– İstəyirəm ki, adam olasan.

– Baş üstə!

Nağının sir-sifəti bir azca işıqlandı. Və bu işığı bir müddət Nağı sanki bilə-bilə üzündə saxladı ki, daha Kərim bir söz deməsin, söhbət buradaca qurtarsın və bu gecə onlar, lap həmişəlik ayrılası olsalar belə, gələcəkdə bir də görüşməyə barı bir balaca ümid yeri qalsın.

Və irəlidəki o məchul ümidə yorğun-yorğun, yuxulu-yuxulu baxabaxa da onlar Kərimin evinin qabağına çatanacan dinməz-söyləməz oturdular. Kərim maşından düşdü, Nağı maşında qaldı.

– Tahirəyə də aşağı düşsün, – dedi və başını hirsli-hirsli silkələyib, Kərimi bərk-bərk hədələdi ki: yəni sən get, maşının pulunu mən verəcəyəm.

V

Sonra isə nə Nağı, nə Tahirə vardı. O qəribə gecə də bu dünyanın üzündən qəflətən yoxa çıxmışdı.

Gün düşmüşdü. Həmişəki qırmızı günəş idi: pəncərənin yaşıl pərdəsini tel-tel, ilmə-ilmə yalayıb-çözəyirdi.

Kərim təzəcə oyanmışdı.

Validə Kərimin böyründə qısılıb yatırdı.

Kərim o yalanı Validəyə deməmişdi. Ancaq pəncərənin yaşıl pərdəsini tel-tel, ilmə-ilmə yalayıb-çözəyən o günəşin işığında (nə qədər qəribə olsa da) bu saat Kərimə elə gəlirdi ki, dünyanın Buzovnamı, Məşdağamı hansı bir yerindəsə onun doğrudan da bir yaxın qohumu yaşayır. Və əgər ötən gecə o qohumun başında bir iş olmasaydı, heç o həngamə də bəlkə Kərimin başına gəlməyəcəkdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 dəq
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 dəq
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 saat 10 dəq
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 saat 5 dəq

Başqa şairlərin şeirləri