XVII fəsil
Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...
İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
Müştərilər arağı Bolelşik Bufetçi İbadullanın bufetinin bu nemətləri ilə içirdilər və iyunun həmin ilk günü, elə bil, qəfildən uzanan bir əl İbadullanın beynini piydən qat bağlamış peysərindən dartıb çıxarıb, küləksiz gecəni səhərə qədər sahildəki qumun üstündə qalmış dəniz suyu kimi dup-duru, şəffaf və gözəl uşaqlıq illərinə apardı, Buzovnanın kahısını, Nardarandakı Paçan bağlarının qara şanısını, Sarayın, Novxanının ağ şanısını onun yadına saldı, Hacıxuna bağlarının sarıgiləsini, dərəndə adamın barmaqları yapışqan kimi bir-birinə yapışan Bilgəh əncirini, Hövsanın soğanını, Zirənin ağ turpunu, kəhrəba kimi kökünü – hələ qarpızı bir tərəfə – yadına saldı...
Və elə bil, bu meyvə-tərəvəzin tumunun daha Abşerondan kəsilməyinin təqsirkarı Bolelşik Bufetçi İbadullaymış kimi, onun rəhmətlik atası Həmidulla kişi o biri dünyadan iki əli ilə də oğlunun başına ürək dolusu bir kül ələdi və iyunun o ilk günü birdən-birə gəlmiş o pis istidə doyunca nəfəs ala bilməyən Bolelşik Bufetçi İbadulla o biri dünyadan başına ələnən o qarğışı, təkcə başı ilə yox, az qala, bütün nəhəng və tərləmiş vücudu ilə hiss etdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bayraqdar-xvii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu qış Bakıda qış olmadı, adı oldu: yaz da əvvəlcə çox tez gəldi, fevralın axırları idi, ağaclar göyərmişdi, amma sonra küləklər başladı, yağışlar başladı və belə məlum oldu ki, soyuqlar hələ qabaqdaymış və yazın beləcə yarımçıq qalması, qırılması, sonra ortada bu cür yerində sayması adamı lap sıxırdı; bir tərəfdən də Bakının asfalt küçələri, maşınları, səs-küyü...Haradasa təbiət tamam azaddı: nə asfaltlıdı, nə səs-küylüdü, nə də qayğılarla doludu.
Sətirlərin ölümüDünən Moskvadan yaslı və gözlənilməz bir xəbər gəldi: Saşa Orlov vəfat edib.Birdən-birə elə bildim ki, yazılarımda sətirlər öldü.
Qara qarğalar«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik.Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və əhəmiyyəti artır: telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar tələsməzliyində, zəngsizliyində, təmkinində sığınacaq tapırsan, gündəlik qayğıları özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə tapşıracaqsan, nə dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən, müzakirə edəcəksən, müdafiəyə tələsəcəksən, redaksiyaya material göndərəcəksən və s. və i. a.
YazıqlıqMoskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var. Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə olub.Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı.
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Aldı canım naz ilə ol gözləri şəhla pəriAldı canım naz ilə ol gözləri şəhla pəri,Ləbləri püstə, yanağı laleyi-həmra pəri,
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,