İkinci fəsil
Səhifə 4 / 4 · 75%
Səlim Sürəyya oynaya-oynaya şalvarının cibindən bir dənə qırmızı onluq çıxartdı və oynaya-oynaya da yaxınlaşıb o qırmızı onluğu klarnetçalanın həmin onluq kimi qırmızı pencəyinin cibinə basdı və doğrusu, o dəm Əlipaşa da istədi ki, cibindən bir dənə onluq, heç olmasa. bir dənə göy beşlik çıxarıb çalğıçılara versin, amma çıxartmadı, rəngli televizor yadına düşdü, sonra necə oldusa, birdən-birə yenə də küçədə səki boyu əkilmiş ağacların dibindəki o kvadrat torpaq parçalarını xatırladı, Əlipaşaya elə gəldi ki, həpir-çupuru nəm çəkmiş həmin otağın pəncərələrini yenə də bağlamaq istəyirlər və elə bil o pəncərələrin bağlanmaması, açıq qalması üçün də Əlipaşa daha artıq bir həvəslə, daha artıq bir şövqlə oynamağa başladı. Səlim Sürəyyanın qırmızı onluğundan sonra klarnet xüsusi olaraq cuşa gəldi, şair o klarnetin sürətindən geri qalmaq istəmədi, puçur-puçur tər tökə-tökə restoranın meydançası boyu dövrə vurdu, Əlipaşa da şairdən geri qalmadı, oynaya-oynaya şairin ardınca meydan boyu dövrə vurdu və birdən qışqıra-qışqıra:
– Sağlıq var! – dedi.
Səlim Sürəyya əlini yuxarı qaldırdı, klarnet o saat susdu, orkestr də səsini kəsdi və şairlə Əlipaşa restoranda oturmuş razılıq bildirən xumar baxışlar altında tövşüyə-tövşüyə öz yerlərinə qayıtdılar, Əlipaşa dolu qədəhini yuxarı qaldırdı, tövşüyə-tövşüyə də bərkdən:
– Əziz dostlar!.. – dedi və nəfəsini dərdi. – Əziz dostlar! Musiqinin şərəfinə! – Və Əlipaşa bu gün bu məclisdə oturmuş adamların hamısına və ümumiyyətlə, yer üzündəki bütün insanlara xoşbəxtlik arzuladı, arzu elədi ki, hamının evindən həmişə musiqi sədaları gəlsin, hamı həmişə şadlıq içində olsun; məclisin iştirakçıları
Əlipaşanın dediyi sağlığa içdilər, Əlipaşa özü də qədəhindəki arağı içdi, yerində
oturdu və bir-bir bu məclisin adamlarına baxdı.
Əlipaşa bu adamların bəzisi ilə, tanış idi (nəşriyyata gəlib-gedirdilər, kitabları çıxırdı), bəzisini isə ancaq uzaqdan-uzağa tanıyırdı, televizorda görmüşdü, əsərlərini oxumuşdu və Əlipaşanın, əlbəttə, bu adamların heç birindən acığı gəlmirdi, niyə axı acığı gəlməliyidi? Əksinə, bu adamların hamısı birdən-birə Əlipaşa üçün doğma
olmuşdu, amma bir məsələ var idi... bir məsələ var idi ki, Əlipaşa bu adamların, bu hörmətli adamların heç birindən, necə deyərlər... heç birindən... Əlipaşa o sözü
dəqiq tapa bilmirdi, amma, hər halda, bu adamların heç birindən... heç birindən
əskik kişi deyildi, vallah, belə idi, hətta bu dəm Əlipaşanın, nədənsə, Əlimuxtar
müəllimə bir balaca yazığı da gəlməyə başlamışdı. Ona görə ki, arağı içib heç
gözünü də qırpmırdı, ya ona görə ki, müdir Əlimuxtar müəllim indi bu məclisdə
oturanların yanında ikinci dərəcəli bir adam kimi görünürdü? Bilmirdi, amma
birdən-birə Züleyxa Əlipaşanın yadına düşdü, Gülzar, Sona, Süsən, Suğra yadına düşdü, beləcə qış günləri səssiz-küysüz evlərində bir yerdə oturub soğanbozbaşı,
dovğa, ət olanda yarpaq dolması, (sarımsaq qatıqla!), toyuq olanda çığırtma
yeməkləri yadına düşdü, gecələr o rahat, o enli çarpayıda Züleyxa ilə bir yerdə
yatmaqları, hər gecə azı iki dəfə, üç dəfə yuxudan oyanıb, qalxıb o biri otaqda
yatmış qızların üstünə baxmağı, yorğanı üstlərindən atıblarsa, üstlərini təzədən
örtməyi, çaydanı su ilə doldurub qazın üstünə qoymağı, tələsik geyinib, gedib çörək dükanından uşaqlar üçün təzə, isti çörək alıb gətirməyi Əlipaşanın yadına düşdü və Əlipaşa yenə də ayağa qalxdı.
Küçənin neon işıqları restoranın geniş pəncərələrinin qabağında eləcə yanırdı.
Bayırın o qarı nə gözəl yağırdı...
Əlipaşa dedi:
– Əziz dostlar! Əziz dostlar, mənim bu əziz gündə bir dənə arzum var! Mən sizin heç birinizdən heç vaxt heç nə xahiş eləməyəcəyəm! Amma indi bir dənə arzum var! Məlik, qardaşım, düzdü, içmişəm mən, amma, vallah, ömrümdə bu cür ciddi xahişim olmayıb! Qardaşım, mən istəyirəm ki, sənin bu gözəl günündə, sənin bir köhnə dostun kimi, Məlik, bax, bizim bu məclisimizin, sənin bu əziz qonaqlarının xərcini mən çəkim!
Əlipaşanın dediyi bu sözlər o qədər gözlənilməz oldu ki, əvvəlcə heç kim heç nə demədi, sonra Məlik bir qonaqlarına, bir də Əlipaşaya baxdı və gülümsəyib başını bulaya-bulaya:
– Mənim özümə bəyəm nə olub, ay Əlipaşa? – dedi. Sən niyə çəkməlisən mənim məclisimin xərcini?
Məlikin səsində, əlbəttə, bir balaca istehza var idi, amma Əlipaşa buna fikir vermədi, çünki Məliyin özü də, bu adamlar da bu gün onun, yəni Əlipaşanın qonaqları idi və Əlipaşa Məliyin o sözlərinə belə cavab verdi:
– Çünki, Məlik, sən mənim üçün əziz adamsan, bu məclisdəkilərin də hamısı mənim üçün əziz adamlardı!.. Çünki, Məlik, sənin bu gözəl günündə, mənim ürəyim belə istəyir, sən indi sındırmaq istəyirsən mənim ürəyimi?
Məclisin iştirakçılarının hamısı səsini çıxarmayıb bu söhbətin axırını gözləyirdi, təkcə müdir Əlimuxtar müəllim özündən asılı olmayaraq fikrində sürətlə bu məclisin haqq-hesabını hesablayırdı.
Məlik də xeyli içdiyinə baxmayaraq, kefinin kök olmağına baxmayaraq, deyəsən, yavaş-yavaş acıqlanırdı, yenə də iclasların rəyasət heyətlərində oturan Məlik olmağa başlayırdı, ayağa qalxıb bir az sərt səslə:
– Bura bax, əzizim... – dedi.
Amma Əlipaşa Məliyin sözlərini ağzında yarımçıq qoydu:
– Məlik, – dedi Əlipaşa, – əgər sən mənim ürəyimi sındırsan bu əziz gündə, ömründə səninlə danışmaram, özüm də bir dəqiqə burda qalmaram!
Məlik, deyəsən lap acıqlandı:
– Bura bax!..
Bu dəfə Məliyin sözlərini şair Səlim Sürəyya yarımçıq kəsdi:
– Dayan bir görək... – deyə ayağa qalxıb Məliyin qolundan yapışdı.
Əlipaşa bu dəfə heç vaxt özündən gözləmədiyi açıq-aşkar bir hədə ilə:
– Məlik, sındırırsan mənim ürəyimi? – soruşdu.
Məlik Əlipaşadan çox yanında dayanıb qolunu sıxan şair Səlim Sürəyyaya dedi:
– Axı, hər şeyin bir qaydası var də!.. – Sonra tənə ilə şairə baxdı, yəni ki, bunu hardan tapıb gətirdin bura?
Əlipaşa:
– Çox sağ ol, Məlik! – dedi və oturduğu kürsünü yana çəkib mizin arxasından uzaqlaşmaq istədi, amma şair Səlim Sürəyya cəld Əlipaşanın ardınca gəldi, qüdrətli əlləri ilə Əlipaşanın kürəyini qucaqlayıb özü ilə çəkə-çəkə təzədən mizin qabağına gətirdi və o gur səsi ilə:
– Dostlar! – dedi. – Bu təmiz ürəyi sındırmaq olmaz! Bu təmiz qəlbin bu gün bizi qonaq eləməyə mənəvi haqqı var! Tı moy doroqoy! – Və şair yenə də Əlipaşanı qucaqlayıb öpdü, sonra bərkdən əl çalmağa başladı, məclisdəkilər də şairin o gur səsinin, o alovlu öpüşünün təsiri ilə əl çalmağa başladılar.
Məlik yenə də etiraz etmək istədi:
– Axı...
Şair Səlim Sürəyya əlini yuxarı qaldırıb:
– Qurtardı! – dedi və orkestrə işarə ilə əlini aşağı saldı.
Orkestr tuş çaldı.
Və orkestrin çaldığı o tuşun sədaları altında Səlim Sürəyya Əlipaşanı Məliyə tərəf çəkdi, bir əlini Məliyin, bir əlini də Əlipaşanın kürəyinə basıb onları üz-üzə bir-birinə yaxınlaşdırdı və Əlipaşa ilə Məlik də qucaqlaşıb öpüşdülər.
Əlipaşanın bütün daxilində bir yüngüllük, bir sərbəstlik var idi, beşinci mərtəbəyə qalxmalı olan ağır televizorun yükü Əlipaşanın çiyinlərindən düşmüşdü və Əlipaşa özünü budaqdan-budağa qonan yüngül bir quş kimi hiss edirdi, elə bil, Əlipaşanın sinəsində ürək döyünmürdü, ağappaq bir çiçək nəfəs alırdı.
Məclis təzədən qızışdı, amma bu əhvalatdan sonra, iki nəfər heç cürə özünə gələ bilmirdi: Mürsəlin ürəyi döyünürdü, pendir doğrayan əlləri titrəyirdi, çünki Mürsəl ömründə heç vaxt təsəvvürünə belə gətirə bilməzdi ki, qapıbir qonşusu bu Əlipaşa belə hörmətli adamdır, belə danışan adamdır, belə oynayan adamdır və bütün bunlar hamısı bir tərəfə, beləcə xərcləyən oğlandır, mükəmməl kişidir; müdir Əlimuxtar müəllim isə, elə bil ki, birdən-birə tamam ayılmışdı və Məlik Həşimliyə baxa-baxa fikirləşirdi ki, dünyada bax, belə adamlar var, belə bəxtəvərlər var, amma haçansa Əlimuxtar müəllimin özünün məclisi olsa, ömründə heç kim o məclisin pulunu öz öhdəsinə götürməz (özü də beləcə könüllü surətdə!), sonra müdir Əlimuxtar müəllim son iyirmi altı ildə Allahın hər verən iş günü gördüyü bu redaktor Əlipaşaya baxa-baxa fikirləşirdi ki, əslinə baxsan, o boyda nəşriyyatda özündən, yəni Əlimuxtar müəllimdən yazığı, kiçiyi, lazımsızı yoxdu...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-gul-dedi-bulbule-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yəqin iyul idi, ya bəlkə də iyun hələ qurtarmamışdı, ya da bəlkə avqust girmişdi– yadına gəlmirdi, daha doğrusu, bilmirdi və həmin yay səhəri belə bir naməlumluq onun ürəyini sıxmırdı, onu narahat etmirdi, çünki bu barədə və ümumiyyətlə, dünyanın işləri barədə fikirləşməyə həvəsi və imkanı yox idi: başında bir uğultu var idi, sol qulağı lap dibindən ağrıyırdı (neçə vaxt idi ki, beləcə ağrıyırdı... bir həftə idi?.. bir ay idi?.. ya lap çoxdan idi? Yadına gəlmirdi və bu barədə də fikirləşmirdi... ), sol ayağının baş barmağına da nəsə olmuşdu – nə olduğunu bilmirdi, nə vaxtdı ki, ayaqqabısını ayağından çıxartmamışdı – və ağrıyırdı, amma həmin yay səhəri başının uğultusu da, qulağının, ayaq barmağının ağrısı da, əslində onun üçün heç nə idi, çünki bütün bədəni dəhşətli bir yanğı içində idi, bu yanğı saçlarının dibindən tutmuş barmaqlarının ucuna kimi, bütün varlığını yandırırdı. O, gözlərini «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləyib qəlyanaltıxananın açılmasını gözləyirdi və bu gözləmə bədənindəki o yanğını söndürmək ehtirasını daha da artırırdı, o yanğını dözülməz bir səbrsizliklə qızdırıb qaynadırdı.
Stalinin ölümüSonra 1953-cü ilin o soyuq 5 mart günü, o cümə axşamı birdən-birə Bakıda gün çıxdı və qışın sazağında günün birdən-birə eləcə çıxıb, eləcə yaz şüaları ilə qızdırmağı bütün məhəlləni alt-üst etmiş, hamını mat qoymuş o qara xəbərlə, daha doğrusu, o xəbərin qara nigarançılığı ilə heç cürə uyğun gəlmirdi və hətta elə bil ki, gün işığının o istisində, hərarətində indi bir düşmən əli var idi, elə bil, Pravadnik Əbdülkərimin həmişə sayıq və zəhmli nəzərləri də o gün işığına qarışıb məhəlləni bürümüşdü, qənbər döşənmiş küçə bomboş idi və elə bil ki, o cümə axşamı, o günorta çağı küçəyə döşənmiş o daşlar da Pravadnik Əbdülkərimin o sayıq nəzərləri altında üşüyürdü və qızına bilmirdi, təkcə Sarı hamamın qabağında ucalan qara tut ağacının çılpaq budaqlarına qonub, sonra da pırıltıyla uçan sərçələr məhəlləyə çökmüş bu pis nigarançılığın, bu qüssənin, kədərin fərqində deyildilər, heç nədən çəkinmirdilər, sıxılmırdılar, heç nəyin dərdini çəkmirdilər, birdən elə olurdu ki, cikkiltiləri boş məhəlləni başına götürürdü. Həyətləri yaşıl, qəhvəyi, birmərtəbəli, bəzi yerlərdə ikimərtəbəli kiçik və bir-birinə bitişik binaların küçəyə baxan pəncərələri bağlı idi və qapı-pəncərənin payızda, qışda qarın-yağışın altında qalıb solmuş rəngi də, divarların ağ, Sarı hamamın həmişəki sarı əhəngi də məhəlləyə daha artıq bir yetimlik gətirirdi və elə bil ki, məhəllə camaatının – o qapısı örtülü həyətlərdəki, pəncərəsi bağlı evlərdəki adamların nigarançılığı o yaşıl, qəhvəyi, göy, ağ sarı rənglərin solğunluğunda boş küçəyə yayılmışdı və o boş küçə də həmin qapıpəncərələrlə, həmin əhəngli divarlarla, səkidəki o köhnə elektrik şalbanları ilə birlikdə, xüsusən sərçələrin cikkiltisi kəsilən zamanlar fikrə gedirdi ki, görəsən, bu fəlakətin axırı necə olacaq, (fəlakət olmağına isə, əsl fəlakət idi!). O cümə axşamı səhər tezdən məhəlləyə elə bir xəbər yayıldı ki, camaatın əli-ayağı qurudu, heç kim bu xəbərə inanmadı, amma inanmamaq da olmurdu, çünki bu xəbər elə bir şəxs haqqında idi ki, onunla zarafat eləmək, şayiə yaymaq olmazdı; məhəllənin kişiləri, yeniyetmələr, uşaqlar Sarı hamamın qabağına yığışdı və poçtalyon Müzəffər isə işə gecikməyini yaddan çıxarıb qolları sındığı üçün rezinlə bağlayıb başına keçirtdiyi çeşməyinin qalın şüşələri arxasından çox iri, bədheybət görünən gözlərini hələ mətbəə iyi verən «Kommunist» qəzetinin birinci səhifəsinə zilləmişdi, həyəcandan tez-tez udqunduğu üçün nazik boğazının ucu iti hülqumu enib qalxa-qalxa bərkdən oxuyurdu: «SSR ITTIFAQI NAZIRLƏR SOVETININ SƏDRI və Sov.IKP MƏRKƏZI KOMITƏSININ katibi İosif Vissarionoviç STALIN yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqının Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üz verdiyini – I. V. STALIN yoldaşın ağır xəstələndiyini xəbər verirlər. Martın 2-nə keçən gecə, STALIN yoldaş Moskvada öz mənzilində ikən, beyninə qan sızmış, qan beyinin həyat üçün mühüm olan sahələrini bürümüşdür. STALIN yoldaş huşunu itirmişdir. Ürək fəaliyyəti və tənəffüsü xeyli pozulmuşdur. STALIN yoldaşı müalicə etməyə ən yaxşı həkimlər: professor-terapevt P. E. Lukomski, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvləri: professor-nevropatoloq N. V. Konavalov; professor-terapevt A. L. Myasnikov, professor-terapevt E. M. Tareyev; professornevropatoloq I. V. Filimonova; professor-nevropatoloq R. A. Tkaçov; professornevropatoloq I. S. Qlazunov; dosent-terapevt V. I. İvanov-Neznamov cəlb edilmişdir. STALIN yoldaş SSRI Səhiyyə Naziri A. F. Tretyakov yoldaşın və Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi I. I. Kuperin yoldaşın rəhbərliyi altında müalicə olunur». Bu yerdə Pravadnik Əbdülkərim poçtalyon Müzəffərin oxumağını kəsdi və açıq-aşkar bir təlaş və həyəcanla: « – O birinci familiya necə oldu? – soruşdu. – Həkimlərdən birincisinin familiyası?!» Belə ağır bir məqamda da heç kim Pravadnik Əbdülkərimin üstünə çımxıra bilmədi ki, niyə kişinin oxumağını yarımçıq kəsirsən və hamı Pravadnik Əbdülkərimə narazı bir nəzər salıb təzədən gözünü poçtalyon Müzəffərə dikdi və poçtalyon Müzəffər də o qalın və girdə çeşmək şüşəsinin böyütdüyü gözlərini bir anlıq «Kommunist» qəzetindən ayırıb Pravadnik Əbdülkərimə baxdı, sonra təzədən birinci həkimin adını qəzetdə tapıb oxudu: «...professor-terapevt P. E. Lukomski...» Pravadnik Əbdülkərim daha artıq bir təlaş və həyəcanla: « – Alə, – dedi – birdən cuhud olar a?!» və bu sözdən sonra, elə bil ki, Pravadnik Əbdülkərimin təlaşı, həyəcanı, məhəllənin kişilərinə də sirayət etdi və hamı sual dolu nəzərini poçtalyon Müzəffərə dikdi, guya, bu sualın cavabını, yəni professor-terapevt P. E. Lukomskinin yəhudi olub-olmadığını da bilməli və deməliydi. Poçtalyon Müzəffər də, Sarı hamamın qabağına toplaşmış o məhəllə camaatının da əksəriyyəti Pravadnik Əbdülkərimin sualının və əlavə təlaşının, həyəcanının səbəbini və mənasını başa düşmürdü, amma bir halda ki, Pravadnik Əbdülkərim kimi siyasi sayıqlığı ilə məşhur olan bir adam belə bir məqamda nədənsə şübhələnirsə, nəyisə dəqiqləşdirirsə, deməli, nəsə var ortada ki, məhəllə camaatının bundan xəbəri yoxdu, amma bu dəfə Pravadnik Əbdülkərim öz sualına özü cavab verdi: «Yox!.. Cuhud olmaz... Lukomski... Lukomski... Yox, canım, yox!.. Cuhud olmaz... Qoymazlar!». Bu o demək idi ki, poçtalyon Müzəffər Məlumatın ardını oxuya bilər və poçtalyon Müzəffər də oxumağını davam etdirdi: «...STALIN yoldaşın müalicəsi Sov.IKP Mərkəzi Komitəsinin və Sovet hökumətinin daimi nəzarəti altında keçirilir. STALIN yoldaşın səhhəti ağır olduğuna görə Sov.IKP Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti bu gündən etibarən İosif Vissarionoviç STALININ səhhəti haqqında tibb bülletenləri elan edilməsini lazım bilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSR İttifaqı Nazirlər Soveti, habelə bütün partiyamız və bütün sovet xalqımız belə bir faktın bütün əhmiyyətini başa düşürlər ki, STALIN yoldaşın ağır xəstəliyi, onun uzun və ya qısa bir müddət rəhbərlik işində iştirak edə bilməyəcəyinə səbəb olacaqdır». Bu dəfə özünü saxlaya bilməyib poçtalyon Müzəffərin oxumağını kəsən çəkməçi Ağagül oldu, həmin Ağagül ki, Fatma arvadın oğlu çəkməçi Balaniyazın yanında şagird idi və Balaniyaz tutulandan sonra, məhəllənin aşağı başındakı köşkdə ustasının yerində oturub işini görürdü; çəkməçi Ağagül xüsusi bir inamla dedi:«–Alə, Stalin 72 dil bilir! Xəstəliyi ona heç nə əliyə bilməz! Lap ağır olmur, nə olur, olsun!.. Bu sözlərdən və kiçik bir sükutdan sonra, poçtalyon Müzəffər yenə oxumağa başladı: «Mərkəzi Komitə və Nazirlər Soveti partiyaya və ölkəyə rəhbərlik işində: rəhbər dövlət və partiya fəaliyyətindən STALIN yoldaşın müvəqqəti ayrılması ilə...» Çəkməçi Ağagül bu dəfə də özünü saxlaya bilmədi: «– Gördüz?! Müvəqqəti!.. Özləri yazıblar o boyda qəzetdə ki, müvəqqəti!..» Poçtalyon Müzəffər ardını oxudu: «...müvəqqəti ayrılması ilə əlaqədar bütün şəraiti tam ciddiyyətlə nəzərə alırlar. Mərkəzi Komitə və Nazirlər Soveti əmin olduqlarını bildirirlər ki, partiyamız və bütün sovet xalqı bu çətin günlərdə ən böyük birlik və yekdillik, mənəvi möhkəmlik və sayıqlıq göstərəcək...» Pravadnik Əbdülkərim bu ağır xəbərdən sonra, elə bil ki, yalnız indi bir balaca toxtadı və dedi: «– Bax, məsələ bundadı!..» Poçtalyon Müzəffər davam etdi: «...sayıqlıq göstərəcək, ölkəmizdə kommunizm qurmaq sahəsində öz səyini qat-qat artıracaq, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və Sovet İttifaqı hökuməti ətrafında daha sıx birləşəcəkdir. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi. SSR İttifaqı Nazirlər Soveti. 3 mart 1953-cü il». Elə ki, poçtalyon Müzəffər bu xəbəri oxuyub qurtardı, o Sarı hamamın qabağına elə bir sükut çökdü ki heç 1941-ci ilin o isti yay günü, o vaxt ki, bax, bu poçtalyon Müzəffər müharibənin başlamağı haqqındakı xəbəri həmin bu «Kommunist» qəzetindən oxuyurdu, onda da buraya belə bir sükut çökməmişdi və o vaxt o xəbərə qulaq asan məhəllə kişilərinin, yeniyetmələrin bəlkə yarısından da çoxu indi bu işıqlı dünyada deyildi, haqq dünyasında idi – müharibədə qırılmışdılar, itib-batan da itib-batmışdı, amma 1953-cü ilin soyuq mart səhəri Sarı hamamın qabağına yığışmış bu kişiləri, bu cavanları, yeniyetmələri irəlidə təzə bir müharibə gözləmirdi, amma bu dəfəki sükutun ağırlığı on iki il bundan əvvəlki o sükutun ağırlığından qat-qat artıq idi. İndi söhbət bura toplaşmış bu adamların təkcə öz həyatından yox, onların evdəki balalarının, körpələrinin həyatından gedirdi: bundan sonra necə yaşayacaqdılar? Və camaat ki, o cümə axşamı sübh çağı Sarı hamamın qabağından, qoşa tut ağacının ətrafından evlərinə dağılışmağa başladı, elə bil, kişilərin beli sınmışdı, hər birinin ayağına pud bağlanmışdı və çəkməçi Ağagül də bütün içinə dolmuş o ağır təəssürat altında həmişəki kimi, əvvəlcə Sarı hamamın yanındakı çörək dükanına girib Fatma arvad üçün yarım kilo təzə ağ çörək aldı, nöyüt dükanı ilə üzbəüz yaşıl qapıdan kiçik asfalt həyətə girdi, həyətin yuxarı küncündəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxdı, qapını döydü ki, çörəyi Fatma arvada versin, sonra çəkməçi köşkünə getsin.
Dünyanın bəxtəvəriGəl səninlə həmdəm olaq,Gəl, dolanaq bağı, bülbül...
Aydınlıq gecələrAnaraO sərin yay gecəsi göyün üzündə o ayla bərabər o qədər ulduz var idi və o ulduzlar dörd tərəfdən də qocanın başının üstünü elə bürümüşdü ki, həmin çoxluğun, küllün, həmin uzaqlığın, əlçatmaz, ünyetməzliyin müqabilində öz həyatı bütün camaatın Şərəfbəxş adlandırdığı Şeyx Mustafa üçün çox qısa, bir göz qırpımlıq göründü və doğrudan da, kainat ki, bu qədər böyük idi, bu qədər əlçatmaz idi, o yay gecəsi göyün üzündə sayrışan ulduzların işıltısında o qədər bir əbədilik (uzaq əbədilik) var idi, bunun müqabilində Şeyx Mustafa Şərəfbəxş həzrətlərinin bu dünyada sürdüyü doxsan illik ömür nə idi? Heç nə, kəpənək ömrü.
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Sevdiyim rəngDan sökülür... Gün çıxır...Pəncərəmi açır yaz,
Peyğəmbərə uca vəhyi, şairə ilham verdilər(Ya Peyğəmlərl) Həqiqətən, Biz sənəKövsər (Cənnətdəki Kövsər irmağını və ya
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.