İkinci hissə, 6
Axund Mirmöhsün ağa içəri daxil olanda İbrahim xan pəncərənin qarşısında dayanmışdı.
İbrahim xan ona sarı çönmədən:
– Axund, – dedi,– mən təfərrüatına varmıram, amma bu gündən sənin ayağın mənim sarayıma dəyməyəcək! Sən Şuşaya da gəlməyəcəksən! Sən arana düşəcəksən, bundan sonra Qarabulağın Saracıq obasında yaşayacaqsan! Sən o obadan bir addım da kənara ayaq atmayacaqsan! – Xan gözlərini pəncərədən ayırıb sərt hərəkətlə başını çevirdi və Axund Mirmöhsün ağaya baxdı.– Get və Allahına şükür et ki, sənin başın Molla Pənahın başı kimi, bədənindən üzülmür. Mən bu barədə artıq danışmaq istəmirəm!.. Get və ibadət et, bəlkə günahlarını yuya bildin!
Axund Mirmöhsün ağa:
– Mən, onsuz da, hər gün ibadətlə məşqulam…– dedi.– Hər bir insanın günahı var. Göndərdiyin sürgündə də, inşallah, ibadətlə məşqul olacağam. Ancaq…
İbrahim xan:
– Nə ancaq? Nə ancaq?– deyə onun sözünü kəsdi.
Axund Mirmöhsün ağa:
– Ancaq siz kimlə qalacaqsız, əlahəzrət?– dedi və otaqdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
VI fəsilSulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.
VII fəsilXoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.
VIII fəsilProkuror Dadaşlı sobanın qarşısında əyilib maşa ilə ocaqda yanan odunları yerbəyer elədi. İsti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla mizin arxasına keçib əyləşdi.Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu və Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.