Böyük Vaqif, keçdi illər,İl bir yerdə qala bilməz.Əsrlərdə hanı hünər? –Səni məndən ala bilməz!

Eşq şairi!Bu eşqə bax!Şirvan, Muğan, Mil, QarabağGəzir el-el, oymaq-oymaqSərhəd bilməz, qala bilməz.

Sənin eşqin, sənin dühan,Şahları da qoydu heyran.Yaxşı sözdür: “Hər oxuyanMolla Pənah ola bilməz!”

Qoşmaların, qəzəllərinƏzbəridir gözəllərin.Söz ilhamsız olsa yəqinÜrəkləri çala bilməz.

Gəz indi Kür qırağındaGəncə, Bakı torpağındaHeykəlinin ayağındaTər çiçəklər sola bilməz.

Şairlər var dəstə-dəstəHər birisi bir həvəsdə.Fəqət sənin adın üstəKimsə kölgə sala bilməz.

Kürçaylı da körpə quşdur,Budağında oturmuşdur.Hara getdi, hara uçdu –Dönər, sənsiz qala bilməz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən